Sağdılar: Rəcəb, Tayyib, Ərdoğan qardaşlarından sevindirici xəbər gəldi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın adının verildiyi Rəcəb, Tayyib, Ərdoğan qardaşların həyatlarını itirdiyi xəbərləri əsassız çıxdı.
Rəcəb Tayyib Ərdoğanın 2012-ci ildə Baş nazirkən Şanlıurfada ziyarət etdiyi çadır şəhərciyində şəkil çəkdirdiyi üçəm körpələr Rəcəb, Tayyib və Ərdoğanın Harran düşərgəsindəki fotosu paylaşıldı. Paylaşmada "Suriyalı üçəm- Rəcəb, Tayyib, Ərdoğanın öldüyü xəbərləri doğru deyil. Harran düşərgəsində ana, atalarıyla xoşbəxt bir həyat sürürlər" ifadələri yer alıb.
Qeyd edək ki, Suriyalı üçəmlərin İdlibin cənubundakı Kefer Secne bölgəsində bomba partlayışı zamanı öldükləri iddia edilmişdi.