Sarqsyan cinayətkardır:“Onun həbsində siyasi motiv yoxdur”
Banuçiçək Kalbalıyeva
13:43 14.04.2021
Arxiv
554
Ermənistanın üçüncü prezidenti Serj Sarqsyanın qardaşı oğlu Narek Sarqsyan yenidən həbs olunub. “Sputnik Ermənistan” yazır ki, bu barədə Ermənistan Baş prokurorunun müşaviri Qor Abramyan “Facebook” səhifəsində məlumat verib.
12 apreldə Kassasiya Məhkəməsi Baş Prokurorluğun apellyasiya şikayətini təmin edib və Apellyasiya məhkəməsinin Sarqsyana qarşı qabaqlayıcı tədbir kimi girov tətbiq edilməsi barədə qərarını ləğv edib.
Xatırladaq ki, Narek Sərqsyan silah, narkotik maddə saxlamaq və dələduzluqla əlaqəli cinayət işi çərçivəsində axtarışda olub və “insan oğurluğu” maddəsi ilə ittiham edilib. 2018-ci ilin dekabrında “İnterpol” onu Praqada tutub. Burada o, Franklin Qonzalez adı altında gizlənirdi. Praqa məhkəməsi və Çexiya Ədliyyə Nazirliyi onu Ermənistana təhvil verməyə razı olub. Sarqsyan barəsindəki qanunsuz silah saxlama, dələduzluq və adam qaçırmaqla bağlı ittihamları qəbul edib.
2019-cu ilin dekabrında o, İrəvana aparılıb. Sarqsyan barəsində həbs qətimkan tədbiri seçilib, lakin 13 noyabr 2020-ci ildə məhkəmə onu 50 000 dollar girov müqabilində sərbəst buraxıb.
Keçmiş prezidentin qardaşı oğlunun həbsi barədə “Sherg.az”a danışan politoloq Qabil Hüseynlinin fikrincə, burada hansısa siyasi motiv yoxdur:
“Qərəzin olduğunu düşünmürəm. Çünki Narek Sarqsyan cinayətkardır. Əgər istintaq prosesində bunun əksi sübut olunarsa, azadlığa buraxılacaq. Lakin mən Sarqsyanın cinayətkar olduğuna və xalqın malını taladığına şübhə etmirəm”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Göygöldə bələdiyyənin mühasibi iş otağında ölü tapılıb
01:44 02.11.2026
Hadisə
Bakının bir sıra ərazisində işıqlar sönəcək
01:25 02.11.2026
İnfrastruktur
ABŞ-də təyyarə qəzasında 9 nəfər ölüb - Yenilənib
01:11 02.11.2026
Dünya
ABŞ-da özəl təyyarə küçənin ortasına düşdü: ölənlər var
00:34 02.11.2026
Dünya
Makqreqor karyerasını başa vurur
00:08 02.11.2026
İdman
Öcalan azadlığa çıxdı - Sensasiya
23:51 01.11.2026
Aktual
Fəqan Azadəliyev Dövlət Yol Polisi İdarəsinə rəis təyin olundu
23:30 01.11.2026
Cəmiyyət
Sumqayıtda zəncivari qəza baş verdi
22:02 01.11.2026
Hadisə
“Müharibəyə son qoymalıyıq” - İran Türkiyəni ünvan göstərdi
21:25 01.11.2026
Gündəm
"Şərq"də təkcə yazmağı yox, həyatı da öyrəndim - SEVGİ MƏKTUBU
20:52 01.11.2026
Media
Dədə Qorqud parkında meyit tapıldı
20:33 01.11.2026
Hadisə
Vaşinqton G20 sammitinin əsas gündəliyini açıqlayıb
20:16 01.11.2026
Dünya
ABŞ-da hakimiyyət savaşı qızışır: Tramp Konqresi itirə bilər!
19:46 01.11.2026
Gündəm
Sumqayıtda avtomobil qaz xəttinə çırpıldı
19:03 01.11.2026
Hadisə
"Şərq" təkcə qəzet deyil, həm də bir ailədir...
18:28 01.11.2026
Media