Səfirliyə hücum açıq təxribatdır
06:52 23.08.2018
Arxiv
682
“Bu cür köhnə metodlarla Türkiyəni yolundan döndərmək olmaz”
Ötən günlərdə ABŞ-ın Türkiyədəki səfirliyinə hücum edən şəxslər yaxalanıb. Saxlanılan şəxslər hadisəni törətdiklərini etiraf ediblər. Məlum olub ki, səfirliyə atəş açanlar 38 yaşlı Ahmet Çelik və 39 yaşlı Osman Gündaşdır. Hər iki şəxs oğurluq və müxtəlif cinayətlərə görə dəfələrlə məsuliyyətə cəlb olunublar. Təxribatı kimin planlaşdırdığını və işin arxasında daha kimlərin olduğunu müəyyən etmək üçün ələ keçirilən şəxslərin sorğuları davam etdirilir.
Hadisəni törədənlər yüzlərlə təhlükəsizlik kamerası incələnəndən sonra müəyyən edilib. Məlumata görə, hücum edən şəxslər maşınlarının nömrə nişanının kameralar tərəfindən qeydə alınmaması üçün LED lampalarla işıqlandırıblar. Buna görə də polisin avtomobilin nömrə nişanını müəyyən etməsi müəyyən qədər vaxt alıb. Araşdırma nəticəsində hadisəni törədənlərin ağ rəngli "06 BDP 502” nömrə nişanlı avtomobildən istifadə etdiyi məlum olub. Hadisəni törədənlərin qısa zamanda tapılmasına görə ABŞ səfirliyi Türkiyə polisi və hökumətinə təşəkkür edib. Səfirlikdən bildirilib ki, "səfirliyə yönəlmiş hücumu törədən 2 nəfərin sürətli və professional şəkildə tutulmasına görə Türkiyə polisi və hökumətinə təşəkkür edirik. Bizim üçün təmin etdikləri dəstək və müdafiəyə görə məmnunluğumuzu ifadə edirik”. Türkiyə Böyük Millət Məclisinin sədri Binalı Yıldırım da ABŞ səfirliyinin atəşə tutulmasından danışıb. Məclis başqanı bildirib ki, ölkədə yerləşən, fəaliyyət göstərən hər bir əcnəbinin, diplomatın, qonaqların təhlükəsizliyini qorumaq Ankaranın əsas vəzifələrindən biridir: "ABŞ səfirliyinin atəşə tutulmasını qınayırıq. Hər kəs bilsin ki, heç bir şəkildə qanunsuzluğa, yanlışlığa bu ölkədə icazə verilməyəcək”.
Olayla bağlı "Şərq”ə danışan politoloq Əhəd Məmmədli bunun açıq təxribat olduğunu deyib. Ekspertin fikrincə, bir müddət əvvəl Türkiyədə rus səfirin öldürülməsi necə təxribat idisə, Amerika səfirliyinin atəşə tutulması da o cür təxribatdır: "Bunları edənlər anlamırlar ki, bu cür köhnə metodlarla Türkiyəni yolundan döndərmək olmaz. Şübhə yoxdur ki, hadisənin arxasında FETÖ, PKK və digər terror qruplaşmaları, anarxist-kriminal təşkilatların əli ola bilər. Xarici kəşfiyyatlar da bunu edə bilərlər. Versiyalar müxtəlifdir. Həbs edilənlərin açıqlamalarından sonra məsələ daha aydın olacaq. İstənilən halda hadisədən sonra Türkiyə dövləti ABŞ səfirliyini daha ciddi şəkildə qorumalıdır. Əminəm ki, bundan sonra səfirlik nəzarətə götürüləcək”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Göygöldə bələdiyyənin mühasibi iş otağında ölü tapılıb
01:44 02.11.2026
Hadisə
Bakının bir sıra ərazisində işıqlar sönəcək
01:25 02.11.2026
İnfrastruktur
ABŞ-də təyyarə qəzasında 9 nəfər ölüb - Yenilənib
01:11 02.11.2026
Dünya
ABŞ-da özəl təyyarə küçənin ortasına düşdü: ölənlər var
00:34 02.11.2026
Dünya
Makqreqor karyerasını başa vurur
00:08 02.11.2026
İdman
Öcalan azadlığa çıxdı - Sensasiya
23:51 01.11.2026
Aktual
Fəqan Azadəliyev Dövlət Yol Polisi İdarəsinə rəis təyin olundu
23:30 01.11.2026
Cəmiyyət
Sumqayıtda zəncivari qəza baş verdi
22:02 01.11.2026
Hadisə
“Müharibəyə son qoymalıyıq” - İran Türkiyəni ünvan göstərdi
21:25 01.11.2026
Gündəm
"Şərq"də təkcə yazmağı yox, həyatı da öyrəndim - SEVGİ MƏKTUBU
20:52 01.11.2026
Media
Dədə Qorqud parkında meyit tapıldı
20:33 01.11.2026
Hadisə
Vaşinqton G20 sammitinin əsas gündəliyini açıqlayıb
20:16 01.11.2026
Dünya
ABŞ-da hakimiyyət savaşı qızışır: Tramp Konqresi itirə bilər!
19:46 01.11.2026
Gündəm
Sumqayıtda avtomobil qaz xəttinə çırpıldı
19:03 01.11.2026
Hadisə
"Şərq" təkcə qəzet deyil, həm də bir ailədir...
18:28 01.11.2026
Media