Sənədsiz evlərin qeydiyyata alınması mümkün olacaq - RƏSMİ
13:43 07.06.2021
Arxiv
466
“Bakı şəhərində və digər ərazilərdə ənənəvi elektrik xətlərinin özüdaşıyan izolyasiyalı naqillərlə əvəz edilməsi sənədsiz evlərin qeydiyyatına imkan verəcək”.
Bu barədə Oxu.Az-a açıqlamasında “Azərişıq” ASC-nin Tədris və İnnovasiyalar Mərkəzinin direktoru Araz Məmmədzadə məlumat verib.
Onun sözlərinə görə, “Azərişıq”ın paylayıcı şəbəkələr üzrə qurduğu “Ağıllı Şəbəkə Konsepsiyası”nda ərazinin tam infrastrukturunun öyrənilməsi üçün 3D xəritəçilik sistemi, innovativ kabel xətlərinin tətbiqi və izolyasiyalı mühafizəli kabel xətlərinin tətbiqi nəzərdə tutulur:
“İzolyasiyalı kabel xətlərinin tətbiqi “Ağıllı Şəbəkə Konsepsiyası”nın təməl elementidir. Hansı ki, bu xətlər yalnız bir kabel və bir dayaqdan ibarətdir. Belə olduğu halda onun etibarlılığı daha yüksəkdir.
Mühafizə zolağı ənənəvi elektrik xətlərinə nəzərən izolyasiyalı kabel xətlərində dəfələrlə az - cəmi iki metrdir. Bu isə yalnız dayağın özünün mühafizə zolağı var. Bununla da mühafizə zolağını biz faydalı torpaq sahələri kimi istifadə edə biləcəyik”.
Qurumun rəsmini əlavə edib ki, ikinci məsələ isə elektrik veriliş xətlərinə yaxın ərazidə tikilən və sənədləşməsində problem olan tikililərlə bağlıdır. Araz Məmmədzadə bildirib ki, mühafizə zolağı az olan izolyasiyalı xətlərin Bakı şəhəri və digər yaşayış ərazilərində çəkilməsi ilə sənədləşmə prosesinə töhfə verilə bilər:
“Biz bununla da yüksək gərginlik xətlərinin mühafizə zonasında yerləşən sənədsiz evlərin qeydiyyatı və sənədləşdirilməsi, təhlükə ehtimalının aradan qaldırılması səbəbindən mümkün olacaq”.
O qeyd edib ki, izolyasiyalı kabel xətlərinin tətbiqinə dair Xırdalan, Qobu xəttində pilot layihə olaraq bir ilə yaxın müddətdə təcrübələr aparılıb və ilkin olaraq isə Şuşa şəhərində tətbiq edilib:
“Artıq Bakı və digər ərazilərdə də özüdaşıyan izolyasiyalı yüksək gərginlikli naqilləri kabel sisteminə keçirmək üçün təkliflər hazırlanıb”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Əraqçi Qırğızıstana yollanıb
19:20 23.07.2026
Dünya
Avropada benzinin qiyməti qalxdı
19:03 23.07.2026
İqtisadiyyat
ADY: Altı ayda sərnişin qatarlarına 21 dəfə daş atılıb
18:55 23.07.2026
İnfrastruktur
"Brent"in qiyməti 100 dolları ötdü
18:20 23.07.2026
İqtisadiyyat
Psixoloqa getmək xəstə olmaq demək deyil - RƏYLƏR
17:47 23.07.2026
Elm və Təhsil
Müharibənin taleyi cəbhədə həll olunacaq - Hasan Oktaydan ŞƏRH
17:32 23.07.2026
Gündəm
II Qaregin yeni parlamentin ilk iclasına dəvət edilmədi
17:10 23.07.2026
Region
Zelenski ABŞ-yə dəvət olunduğunu açıqladı
16:50 23.07.2026
Dünya
Putin Təhlükəsizlik Şurası ilə silah istehsalını müzakirə edib
16:49 23.07.2026
Gündəm
Putin Təhlükəsizlik Şurası ilə silah istehsalını müzakirə edib
16:35 23.07.2026
Dünya
Ermənistanın azadlığı üçün olmazsa olmaz şərt sülhdür - ŞƏRH
16:30 23.07.2026
Gündəm