Bu vaqonlar “İçərişəhər” stansiyasında qalacaq və istənilən sərnişin gəlib yaxından tanış ola bilər
Sərnişin daşınmayacaq
20:47 07.11.2017
Arxiv
625
O vaqona minən sərnişinlər nostalji hisslər yaşayacaq
Bu vaqonlar “İçərişəhər” stansiyasında qalacaq və istənilən sərnişin gəlib yaxından tanış ola bilər
Bu vaqonlar “İçərişəhər” stansiyasında qalacaq və istənilən sərnişin gəlib yaxından tanış ola bilər
"Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayevin sözlərinə görə, ötən əsrdə istehsal olunan vaqonların bərpa olunmasında əsas məqsəd sərnişinlərə nostalji hissi yaşatmaqdır. Yəni sözügedən vaqonlar muzey xarakterlidir.
Bərpa olunan 3 vaqonun hər birinin ayrı-ayrı illərdə istehsal olunduğunu vurğulayan N.Paşayevin sözlərinə görə, bu vaqonlar 30-cu, 40-ci illərdə və 70-ci illərdə istehsal olunub.
Sözügedən vaqonların daimi hərəkət üçün nəzərdə tutulmadığını bəyan edən qurum sözçüsü hazırda retro qatarların "İçərişəhər” stansiyasında sərnişinlərin xidmətində olduğunu deyib: "Xeyli sayda sərnişin retro qatarlara baxmaq üçün gəlib nostalji hisslər yaşayırlar. Bu vaqonlar sabah da metronun "İçərişəhər” stansiyasında qalacaq və istənilən sərnişin gəlib yaxından tanış ola bilər. Çalışacağıq ki, müəyyən müddətdə həmin qatarları xəttə buraxaq və sərnişinlərin qatarlarla tanış olmaq fürsəti olsun. Yəni bir neçə dəfə də olsa sərnişin daşıma ehtimalı da var. Amma köhnə qatarlar olduğu üçün daimi sərnişin daşıma üçün nəzərdə tutulmayıb. Çünki bu qatarlar tam güclə işləmədikləri üçün hərəkət zamanı problem yarada bilər”.
N.Paşayevin sözlərinə görə, vaqonlar orijinallığı qorunmaqla yenidən bərpa edilib: "İstər rəngləri, istər oturacaqları, istər işıqlandırılması, bütün avadanlıqları əvvəlki vəziyyətinə gətirilib. Əsas məqsəd odur ki, sərnişinlər rahat baxsınlar, nostalji hisslər yaşasınlar. Ola bilsin ki, 70-ci illərdə istifadə olunan qatarlara o vaxtı minən sərnişinlər nostalji hisslər yaşayacaq”.
Şəymən
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya
Ailəsini qətlə yetirib şəhər meydanına hücum etdi - Təfərrüatlar
15:15 08.11.2026
Hadisə
Türkiyə Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub
15:12 08.11.2026
Rəsmi
Ukrayna səfiri Azərbaycanı təbrik etdi
15:00 08.11.2026
Siyasət
“Bakıda çay içmək” arzusu həbsxanada gerçəkləşdi - ŞƏRH
14:50 08.11.2026
Siyasət
“Qalatasaray” Rafael Leaonun zədələndiyini açıqlayıb
14:11 08.11.2026
Futbol
Zaxarova: Makronun gizlənmək üçün bunkerə ehtiyacı var
13:56 08.11.2026
Dünya
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəldi - FOTO
13:45 08.11.2026
Gündəm
Rusiya XİN: İran MDB-yə qoşula bilər
13:33 08.11.2026
Region
Mansur Yavaş Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi
13:10 08.11.2026
Siyasət
Özgür Özəl Azərbaycanı təbrik etdi
13:05 08.11.2026
Siyasət