Şəxslərin piyada keçidləri ilə Azərbaycan ərazisinə daxil olması qaydası müəyyənləşib
17:58 10.09.2021
Arxiv
506
Şəxslərin piyada keçidləri ilə Azərbaycan Respublikasının ərazisinə daxil olması qaydası müəyyənləşib.
APA-nın məlumatına görə, bu, Nazirlər Kabinetinn təsdiqlədiyi “Azərbaycan Respublikasının dövlət sərhədindən buraxılış məntəqələrində işin təşkili və əlaqələndirilməsi Qaydaları”nda əksini tapıb.
Qaydaya əsasən, şəxslərin piyada keçidləri ilə dövlət sərhədindən buraxılış məntəqələriini (DSBM) ərazisinə daxil olması sərhəd mühafizə orqanları tərəfindən təmin edilir. Radioaktiv maddələrin qanunsuz dövriyyəsinin qarşısının alınması məqsədilə DSBM-in ərazisinə daxil olmuş şəxslər sərhəd mühafizə orqanları tərəfindən məntəqələrdə quraşdırılmış portal radiasiya monitorlarından keçirilirlər. Dövlət sərhədindən keçən şəxslər üzərində sərhəd nəzarəti “əcnəbilər və vətəndaşlığı olmayan şəxslər”, habelə “Azərbaycan vətən- daşları” sözləri yazılmış kabinələrdə sərhəd mühafizə orqanları tərəfindən həyata keçirilir.
Sərhəd mühafizə orqanları tərəfindən DSBM-dən keçən şəxslərin biometrik fotoşəkilləri çəkilməklə sənədlərinin rəsmiləş- dirilməsi, qeydiyyatı və yoxlanılması “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi (İAMAS) vasitəsilə təmin edilir. Sərhəd nəzarəti başa çatdıqdan sonra gömrük orqanları tərəfindən şəxslər barəsində gömrük nəzarəti “Yaşıl kanal” və “Qırmızı kanal” buraxılış sistemlərinin tələbləri tətbiq edilməklə, bunun üçün xüsusi olaraq işarələnmiş yerlərdə həyata keçirilir.
“Yaşıl kanal” buraxılış sistemi fiziki şəxslər tərəfindən malların şifahi formada gömrük orqanlarına bəyan edilməsi üçün nəzərdə tutulur. “Qırmızı kanal” buraxılış sisteminin tətbiqi zamanı isə şəxslər tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş mallara dair sadələşdirilmiş bəyannamə verilməklə, gömrük orqanlarının Vahid Avtomatlaşdırılmış İdarəetmə Sistemində (VAİS) müvafiq qeydiyyat aparılır. Şəxslərin müşayiət olunan baqajları və şəxsi əşyaları piyada keçidlərində quraşdırılmış baxış-rentgen texnikasından, özləri isə metal detektorlar və digər texniki nəzarət vasitələrindən istifadə olunmaqla gömrük nəzarətindən keçirilir. DSBM-dən keçən şəxslərin üzərində sərhəd və gömrük nəzarəti həyata keçirildikdən sonra onların dövlət sərhədindən buraxılışı sərhəd mühafizə orqanları tərəfindən təmin edilir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
TRT-nin Bakı nümayəndəliyinə yeni rəhbər təyin edildi
20:20 14.07.2026
Dünya
"Qəbələ" ilk yoxlama görüşündə "Kəpəz"i məğlub etdi
20:09 14.07.2026
Futbol
Küveyt ordusu: Düşmənin hava hədəfləri zərəsizləşdirilir
19:58 14.07.2026
Dünya
Tramp: ABŞ İran gəmilərinə qarşı tam blokada tətbiq edəcək
19:42 14.07.2026
Dünya
"Barselona" "Kamp Nou"nu tərk edir: UEFA qaydaları və yeni stadion
19:26 14.07.2026
Futbol
Ərdoğan Qətərə səfər etdi
19:19 14.07.2026
Gündəm
Beynəlxalq axtarışda olan şəxs Azərbaycana təhvil veriləcək
19:12 14.07.2026
Hadisə
Gəncədə altı nəfər qidadan zəhərləndi
18:58 14.07.2026
Hadisə
Türkiyə Netanyahunu axtarışa verib
18:13 14.07.2026
Dünya
Brüsseldə tikinti sahəsində yanğın baş verib, ölənlər var
17:19 14.07.2026
Dünya
Media Kuboku 2026-nın püşkü atıldı
17:07 14.07.2026
İdman
Qaxın sabiq icra başçısı Musa Şəkiliyevin həbs müddəti uzadılıb
17:06 14.07.2026
Cəmiyyət