Səyyar tibbi müayinənin əksəri reklam xarakterlidir
08:06 01.11.2017
Arxiv
637
“İnsanlar baxır, maşın gəlib, gedib pulsuz müayinə olunurlar”
"ASAN xidmət” və "Sağlam Ailə” Tibb Mərkəzinin birgə təşkilatçılığı ilə Göygöldə ödənişsiz səyyar tibbi müayinə aksiyası təşkil olunub. Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən verilən məlumata görə, aksiya çərçivəsində 550-ə yaxın müraciət qeydə alınıb.
Aksiyada tibbi xidmətdən keçmək istəyənlər ödənişsiz olaraq terapevt, endokrinoloq, kardioloq, ginekoloq, uroloq, dermatoloq, pediatr, oftalmoloq, LOR, cərrah, USM, EKQ və qanda şəkərin təyini müayinələrindən yararlanıblar.
Səyyar tibbi müayinənin əsas məqsədi əhali arasında profilaktik müayinə mədəniyyətini, sağlam həyat tərzini təbliğ etmək, əsasən az təminatlı və ehtiyacı olan vətəndaşlar üçün ödənişsiz müayinələrin həyata keçirilməsini təşkil etməkdir.
Qeyd edək ki, bu aksiyanın layihə müddətində səyyar "ASAN xidmət”in olduğu məntəqələrdə mütəmadi təşkil olunması nəzərdə tutulub.
Vətəndaşların bir qismi isə səyyar tibbi müayinələrin effektsiz olduğunu düşünürlər. Bu düşüncənin yaranmasına səbəb isə səyyar tibbi müayinələrin daha az effekti ilə bağlıdır. Xatırladaq ki, həm dövlət, həm də özəl strukturların dəstəyi ilə regionlarda müxtəlif səyyar tibbi müayinələr keçirilir.
Göygöldə keçirilən ödənişsiz tibbi müayinələrlə bağlı "Şərq”ə danışan Bakı şəhər Təcili yardım stansiyasının səyyar həkimi Şahvələd Məmmədov "Sağlam Ailə” Tibb Mərkəzinin "ASAN xidmət”in birgə keçirdiyi müayinələrin reklam xarakterli olduğunu bildirib:
"Sağlam Ailə” Tibb Mərkəzi kifayət qədər tanınmış səhiyyə ocağıdır. Bu mərkəz həmçinin rəqabət qabiliyyəti və laboratoriyası, mütəxəssisləri güclü olan bir müəssisədir. Göygöldəki pulsuz müayinələr çox güman ki, reklam xarakterlidir. Ona görə də vətəndaşlarda da belə qənaət yaranır ki, səyyar müayinənin ciddi nəticəsi yoxdur.
Səyyar müayinə maşında həyata keçirilən portativ müayinədir. İnsanlar da baxırlar ki, ödənişsiz xidmətdir və maşına daxil olub müayinə olunurlar. Əlbəttə, keyfiyyət baxımından tibb mərkəzlərinin özündə, fundamental binasında olan yoxlamalar fərqlidir.
Məsələn, milli onkologiyanın böyük maşınları var, o maşınlar rayonlara gedir və səyyar müayinələr aparırlar. Təbii ki, bunun müsbət cəhətləri də var. Amma yüksək keyfiyyət və xidmət baxımından inanmıram ki, şəhərdəki mərkəzlə səyyar xidmət eyni səviyyədə olsun”.
Yeganə Bayramova
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Xankəndidən verilən Zəfər mesajı -TƏHLİL
18:07 08.11.2026
Aktual
Böyük Britaniya Kralı ilk dəfə Çinə səfər edə bilər
17:56 08.11.2026
Dünya
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya
Ailəsini qətlə yetirib şəhər meydanına hücum etdi - Təfərrüatlar
15:15 08.11.2026
Hadisə
Türkiyə Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub
15:12 08.11.2026
Rəsmi