Sonuncu səyahət...
08:38 10.07.2018
Arxiv
357
Sərnişin qatarının qəzaya uğraması nəticəsində 24 nəfər ölüb, 318 nəfər xəsarət alıb
Türkiyədə Uzunkörpü-İstanbul marşrutu üzrə hərəkət edən qatarın altı vaqonu relsdən çıxaraq aşıb. Sərnişin qatarının qəzaya uğraması nəticəsində 24 nəfər ölüb, 318 nəfər xəsarət alıb. Hadisə zamanı qatarda 362 sərnişin və 6 ekipaj üzvü olub.
İlkin məlumatda 10 nəfərin öldüyü açıqlanmışdı. Lakin baş nazirin köməkçisi Recep Akdağ ölənlərin sayının 24 nəfər olduğunu açıqlayıb. Akdağın sözlərinə görə, qəzada 318 nəfər yaralanıb və onlardan 194-ü ilkin tibbi yardımdan sonra evə buraxılıb. Türkiyənin səhiyyə naziri Ahmet Demircan yaralıların vəziyyətinin qənaətbəxş olduğunu deyib.
Nəqliyyat, dəniz və rabitə naziri Ahmet Arslan isə qəzanın səbəbini açıqlayıb. Vurğulayıb ki, fasiləsiz yağan yağışlar nəticəsində relslərin altındakı torpaq boşalıb. Bu boşalma isə dəmiryolunda relslərin çökməsinə səbəb olub. Nazir bildirib ki, Nəqliyyat, Dəniz və Rabitə Nazirliyinin müşaviri Suat Hayri Akanın sədrliyi ilə böhran mərkəzi yaradılıb.
Ərdoğan: "Qəza hərtərəfli araşdırılacaq”
Prezident Rəcəp Tayyib Ərdoğan Tekirdağda baş verən qatar qəzasından sonra müvafiq dövlət qurumlarının səfərbər olduğunu deyib. Prezident ilk olaraq qəzada həyatını itirənlərin ailələrinə başsağlığı verib, yaxınlarına səbr diləyib: "Gözlənilməz qəza bizi və millətimizi dərindən üzdü. Dünyasını dəyişənlərə Allahdan rəhmət diləyirəm. Yaralı bacı-qardaşlarımıza şəfa diləyirəm. Olay hər detalınadək araşdırılacaq. Buna heç kimin şübhəsi olmasın”.
Qəzada yaralanan vətəndaşın dəhşətli ifadələri...
Vaqonların relsdən çıxaraq aşması nəticəsində ağır yaralanan Ekrem Tuna qatar gedərkən bərk taqqıltı eşitdiyini deyib. Onun sözlərinə görə, səslərdən 4-5 dəqiqə sonra ard-arda 5-6 vaqon relsdən çıxaraq bir neçə dəfə aşıb: "Həyat yoldaşım Mələklə qarşı-qarşıya oturmuşduq. Birdən səslər eşitdik. Yoldaşım "Ekrem, nə baş verir, deyəsən ölürük” dedi. Vaqonların aşması ilə özümü itirdim. Mələk vaqonun altında qaldı və daxili qanaxmadan öldü. O, mələk olub göyə uçdu, mən isə həyatda tək qaldım. Kaş ki, mən də onunla bərabər ölsəydim. Uzunkörpüdə evimiz var idi. Bir günlük ora getmişdik. Geri dönərkən qatarla səyahət etməyi qərarlaşdırdıq. Ancaq bu qərar sonumuz oldu. Mən də ciddi xəsarət aldım, qabırğamda qırıqlar var, başıma tikiş qoyublar”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat
NBC: Demokratlar Nümayəndələr Palatasında 258 yer qazana bilər
14:42 04.11.2026
Aktual
KTMT Ermənistanı təşkilatda səsvermə hüququndan məhrum edə bilər
14:21 04.11.2026
Region
Zelenski Melaniya Trampı təltif etdi
13:48 04.11.2026
Dünya
Tramp üçün "topal ördək" mərhələsi başlaya bilər -ŞƏRH
13:42 04.11.2026
Aktual
Sabaha olan hava proqnozu açıqlanıb
13:14 04.11.2026
Aktual
Rafinya Ronaldinyoya çatdı
13:07 04.11.2026
Futbol
Bakıda noyabrın 9-a qədər yağış yağacaq - XƏBƏRDARLIQ
12:55 04.11.2026
Ekologiya
NATO Rusiya ərazisinə zərbə endirə bilər
12:48 04.11.2026
Gündəm
Göygöldə yol qəzasında iki nəfər xəsarət alıb
12:27 04.11.2026
Hadisə
Dəfnə görə ödənilən müavinətin məbləği artırılır
12:10 04.11.2026
Aktual
AzTV 100 illik yubileyə həsr olunmuş çarx yayımlayıb - VİDEO
12:09 04.11.2026
Media
DSMF-nin növbəti il üçün gəlir və xərcləri açıqlanıb
11:57 04.11.2026
İqtisadiyyat