Spikerlə komitə sədri arasında mübahisə: "Bura nə ABŞ-dır, nə də Hollivud"
08:51 02.11.2018
Arxiv
604
Milli Məclisin bu gün keçirilən iclasında spiker Oqtay Əsədovla komitə sədri Rafael Hüseynov arasında mübahisə olub. Sherg.az-ın məlumatına görə, "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında", "Tütün və tütün məmulatı haqqında", "Televiziya və radio yayımı haqqında", "İctimai televiziya və radio yayımı haqqında" qanun layihələrini Milli Məclisin Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov geniş təqdim edib.
Spiker O.Əsədov qanun layihəsini III oxunuşda bu qədər geniş təqdim etdiyinə görə R.Hüseynova irad tutub:
"Ay Rafael müəllim, qanun layihəsi artıq üçüncü oxunuşda müzakirəyə çıxarılır. Ancaq sən təzə qanun layihəsi kimi təqdim edirsən. Bura nə ABŞ-dır, nə də Hollivud. Bura Azərbaycandır və qanun layihəsi də 3-cü oxunuşda müzakirəyə çıxarılır”.
İraddan sonra R.Hüseynov O.Əsədova cavab verib: "İcazə verin mən sözümü bitirim. Sonra qanun layihəsini təqdim edəcəyəm”.
Anar
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Gizem Karaca kədərli xəbəri açıqladı: 12 illik dostunu itirdi
19:55 27.10.2026
Hadisə
Abbas Hüseynov "Qarabağ"dan ayrıldı
19:49 27.10.2026
Futbol
Ceyhun Bayramov Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb
19:42 27.10.2026
Siyasət
Ərdoğan və Baxçalı Külliyedə görüşdü
18:58 27.10.2026
Dünya
Qətnamələr güclülərin maraqlarına uyğun gələndə icra olunur - ŞƏRH
18:33 27.10.2026
Gündəm
Putin: Bir sıra beynəlxalq idman təşkilatları əməkdaşlığı dağıdır
18:14 27.10.2026
Dünya
Putin Azərbaycanı Rusiya üçün yaxşı tərəfdaş adlandırıb
18:10 27.10.2026
Gündəm
İnternetin qiyməti yenə qalxır?
18:07 27.10.2026
Aktual
Hörmüz boğazından keçən neft tankeri minaya düşüb
17:51 27.10.2026
Hadisə
Dövriyyədə olan nağd pulun həcmi 12 faizə yaxın artıb
17:09 27.10.2026
İqtisadiyyat
Türkiyə NATO-ya güzəştə getmədi - Montrö qərarının pərdəarxası
17:05 27.10.2026
Region