"“Star”ın Azərbaycan və Türkiyə iqtisadiyatına müsbət təsirləri çox olacaq"

"İndiki geostateji, qloballaşma dövründə "Star” kimi layihələrin başa çatmasına güclü siyasi iradə lazım idi və Azərbaycan -Türkiyə birliyi onu bacardı”.
Bunu "Sherg.az”a ötənlərdə Türkiyənin İzmir şəhərində "Star” neft emalı zavodunun açılış mərasimində Prezident İlham Əlievin səsləndirdiyi "Star Rafineri”nin açılışı timsalında biz birliyimizin, həmrəyliyimizin, dostluğumuzun əlamətini görürük” fikirlərini dəyərləndirərkən iqtisadçı-ekspert Fuad İbrahimov bildirib.
Onun sözlərinə görə, "Star” zavodunun təməli təxminən 2011-ci ildə Azərbaycan və Türkiyə prezidentləri tərəfindən qoyulub:
" İllər əvvəl təməli qoyulan bu zavod elə həmin vaxtlardan böyük əhəmiyyət kəsb edirdi. Nəhayət, bu il "Star” layihəsi başa çatdı. Gələcəkdə bu layihə Azərbaycan və Türkiyə üçün çox yeni imkanlar açacaq. Zavodun fəaliyyətə başladığı ilk beş il ərzində təxminən Azərbaycana illik 800 milyondan çox gəlir gətirəcəyi nəzərdə tutulub. Artıq ondan sonraki 10 il ərzində illik ölkəmizə 600 milyon dollarlıq vəsait daxil olacaq. 
Məncə, bu layihə Azərbaycan iqtisadiyatı üçün mühüm əhəmiyyət kəsb edir. Baxamayaraq ki, layihə neft sektorunun tərkibdədir, lakin bu emaledici bir sahədir. Düşünürəm ki, "Star" Azərbaycana kifayət dəqər xarici vəsait gətirəcək. Hətta məlum layihəyə Rusiya da qoşulur. 
Və hər il 1 milyon ton Rusiya neftinin "Star” zavodunda emal olunması planlaşdırılıb. Bu kimi faktorları da nəzərə aldıqda hesab edirəm ki, "Star” layihəsinin Azərbaycan və Türkiyənin iqtisadiyatına müsbət təsirləri çox olacaq. Sözügedən layihənin uğurla başa çatması hər iki ölkə üçün sevindirici haldır".
Kənan Eynuroğlu