Sülh platforması münaqişənin həllinə təkan verirmi? - AÇIQLAMA
14:34 31.10.2017
Arxiv
638
Mübariz Əhmədoğlu:"Vətəndaş dialoqu ən yaxşı müstəvidir ki, etimad yaradılsın, münaqişənin həlli yolları müzakirə edilsin"
"Azərbaycan prezidentinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı siyasəti çox komponentlidir”.
Bunu "Sherg.az”a Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platformasının I Qurultayının iştirakçıları adından Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyana ünvanlanan müraciətdən danışarkən Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin (SİTM) sədri Mübariz Əhmədoğlu söyləyib.
O vurğulayıb ki, danışıqlar, münaqişə ətrafındakı addımlar prezidentin Dağlıq Qarabağ münaqişəsini tənzimləməsi konsepsiyasının tərkib hissəsidir:
"Elə dövr olub ki, Azərbaycan Ermənistandan gələn müraciətlərə laqeyd qalıb. Amma indi hesab edir ki, erməni cəmiyyətində Azərbaycana münasibət yüksəlir və ölkəmiz Cənubi Qafqazın lider dövləti kimi belə müraciətlərə laqeyd qala bilməz. Ona görə, artıq qarşı tərəfin müraciətlərini qəbul edir.
Sülh platformasından danışdıqda nəzərə almaq lazımdır ki, heç bir azərbaycanlı erməniləri zorla bu platformaya qoşmayıb. Burada təmsil olunan ermənilər özləri könüllü şəkildə müraciət edib.
Bir məsələni də nəzərə almalıyıq ki, sülh platforması Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində yalançı mövqedə olanları üzə çıxartdı. Bunun əvvəlki variantında nə Minsk qrupu, nə Avropa İttifaqı (Aİ), nə də böyük ölkələr dəstək verdi. Vətəndaş dialoqu ən yaxşı müstəvidir ki, etimad yaradılsın, münaqişənin həlli yolları müzakirə edilsin. Azərbaycan da öz mövqeyindən dönmədi. Belə demək mümkünsə, ermənilər nə qədər mane də yaratsa, Azərbaycan ideyanı ölməyə qoymadı, variantlar axtardı”.
Sülh platformasının fəaliyyətinin Minsk qrupuna təsirinə gəlincə, M.Əhmədoğlu bəyan edib ki, Azərbaycan və ya Ermənistanda hər hansı cəmiyyətin nə deməyindən asılı olmayaraq Minsk qrupu mövcud olacaq:
"Minsk qrupunu aradan qaldırmaq hansısa təşkilatın işi deyil. Diqqət etsək, son dövrlərdə Minsk qrupu aktivləşib. İndi isə Ermənistanın daxilində Minsk qrupuna etiraz artıb. Amerikalı həmsədr Endryu Şoferin son təklifləri Azərbaycanı qane edir. Həmsədrin təkliflərinə görə, əvvəl Ermənistan qoşunları çıxmalı, ərazilər Azərbaycana qaytarılmalı idi. Sonra isə Dağlıq Qarabağın statusu müəyyənləşməli idi. E.Şofer bunu erməni mətbuatına açıqlayıb. Ona görə, bizim hazırda Minsk qrupunun fəaliyyətindən narazı olmağa əlimizdə əsas yoxdur.
Çalışmaq lazımdır ki, Minsk qrupu məqsədyönlü fəaliyyət göstərsin. Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi nə qədər tez virtual mərhələdən praktiki mərhələyə keçsə, o qədər yaxşıdır”.
Qeyd edək ki, oktyabrın 30-da Tbilisi şəhərində hər iki xalqın sülhsevər nümayəndələri və ATƏT-in Minsk qrupuna daxil olan digər ölkələrin ictimai-siyasi xadimləri bir araya gələrək qurultay keçirib. Qurultayda Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platforması təsis edilib və 19 nəfərdən ibarət idarə heyəti, 29 nəfərdən ibarət Ekspertlər Şurası və digər seçkili orqanları formalaşıb.
Platformanın prezidentlərə müraciətində bildirilib ki, ermənilər və azərbaycanlılardan başqa bu münaqişəni kiminsə həll edəcəyinə inanmaq sadəlövhlükdür. Bundan irəli gələrək bildiririk ki, münaqişənin qısa vaxtda dinc yolla həlli üçün nəticəyə hədəflənmiş danışıqlara başlamağın vaxtı çatıb.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ebru dünya turuna çıxır
03:33 22.09.2026
Şou
Ona “niyə evlənmirsən” sualını verən qonşusunu öldürdü
02:57 22.09.2026
Maraqlı
ABŞ-da iki böyük hava limanında uçuşlar dayandırıldı
01:02 22.09.2026
Dünya
Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Zelenski ilə görüşüb
00:41 22.09.2026
Gündəm
Demensiya yaddaşın tam itirilməsi ilə başlamır - Həkim
23:57 21.09.2026
Sağlamlıq
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual