
Taksidən düşən qadını maşın vurub öldürdü: "Hamı toya hazırlaşırdı, amma yas düşdü" - FOTO
10:33 02.11.2018
Arxiv
685
Bilgəh-Buzovna yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Sherg.az Oxu.Az-a istinadən xəbər verir ki, "Azsamand” markalı avtomobil qadını vurub. Qadın hadisə yerində ölüb. Bildirilir ki, qadın taksidən düşərkən vurulub.
Baş verən yol-nəqliyyat hadisəsinin bəzi təfərrüatı məlum olub. Qəza nəticəsində dünyasını dəyişən qadının qızının yaxın günlərdə toyu olmalı idi. Hadisə şahidləri bildiriblər ki, qadın maşının sol qapısından düşdüyü zaman onu digər avtomobil vurub. Qəza zamanı qadını ünvan başına gətirən taksinin sürücüsü də yüngül xəsarət alıb.

"Anam işdən qayıdırdı. Məhərrəm ayı başa çatandan sonra toyum olmalı idi. Hamı toya hazırlaşırdı, amma yas düşdü”, - qadının qızı deyib.
Daxili İşlər Nazirliyi yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb. Nazirliyin mətbuat xidmətindən bildirilib ki, noyabrın 1-də saat 19 radələrində Xəzər rayonunun Buzovna qəsəbəsi ərazisində Bakı şəhər sakini Bəxtiyar Ağayev idarə etdiyi "AzSamand” markalı avtomobillə yolun kənarında dayanmış həmyerlisi Coşqun Zeynallının idarə etdiyi "Mercedes” markalı avtomobili və həmin vaxt avtomobildən düşən sərnişin - paytaxt sakini Elmira Haşımovanı vurub. Nəticədə qadın hadisə yerində ölüb. Xəzər RPİ tərəfindən araşdırma aparılır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Gizem Karaca kədərli xəbəri açıqladı: 12 illik dostunu itirdi
19:55 27.10.2026
Hadisə
Abbas Hüseynov "Qarabağ"dan ayrıldı
19:49 27.10.2026
Futbol
Ceyhun Bayramov Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb
19:42 27.10.2026
Siyasət
Ərdoğan və Baxçalı Külliyedə görüşdü
18:58 27.10.2026
Dünya
Qətnamələr güclülərin maraqlarına uyğun gələndə icra olunur - ŞƏRH
18:33 27.10.2026
Gündəm
Putin: Bir sıra beynəlxalq idman təşkilatları əməkdaşlığı dağıdır
18:14 27.10.2026
Dünya
Putin Azərbaycanı Rusiya üçün yaxşı tərəfdaş adlandırıb
18:10 27.10.2026
Gündəm
İnternetin qiyməti yenə qalxır?
18:07 27.10.2026
Aktual
Hörmüz boğazından keçən neft tankeri minaya düşüb
17:51 27.10.2026
Hadisə
Dövriyyədə olan nağd pulun həcmi 12 faizə yaxın artıb
17:09 27.10.2026
İqtisadiyyat
Türkiyə NATO-ya güzəştə getmədi - Montrö qərarının pərdəarxası
17:05 27.10.2026
Region