"Təbii yolla doğulan uşaqların immuniteti qaydasında olur, amma keysəriyyə... " - Pediatr
10:54 12.07.2018
Arxiv
1158
"Tək Azərbaycanda deyil, bütün dünyada normal doğuş əvəzinə keysəriyyə əməliyyatına müraciətlər çoxalıb”.
Bunu "Sherg.az”a pediat Vaqif Qarayev söyləyib.
O qeyd edib ki, ölkəmizdə bu əməliyyata görə, daha çox həkimləri günahlandırsalar da, əksərən xəstələr öz istəyi ilə bu əməliyyatı tələb edirlər:
"Bu, qəbulolunmaz haldır. Əgər normal doğuş üçün heç bir problem, təhlükə yoxdursa, keysəriyyə əməliyyatına müraciət etmək düzgün deyil. Bu vasitə ilə övlad dünyaya gətirmək üçün xüsusi həkim göstərişləri olmalıdır.
Təbabətin gəldiyi qənaətə görə, keysəriyyə yolu ilə dünyaya gələn uşaqlar kənardan müdaxilə ilə doğulduğundan təbii yolla dünyaya gələn uşaqların inkişafından fərqlənir. Körpə ananın doğuş yollarından keçirsə, bağırsaq florası normal qalır. Keysəriyyə ilə doğulduqda isə bu pozulur. Həmçinin təbii yolla doğulan uşaqların immuniteti, xəstəliyə müqaviməti qaydasında olur. Keysəriyyə ilə doğulan uşaqlarda bu məsələ ə problemlər yaranır.
Normal hamiləliyi tibb personalı ya hamilə qadının özü keysəriyyə ilə sonlandırmaq istəyirsə, əvvəl riskləri düşünməlidir. Hamilə qadın vaxtlı-vaxtında həkim qəbulunda olmalı, müayinələrdən keçməlidir. Dəfələrlə olub ki, 9 ayına qədər normal keçən hamiləlik son həftələrdə problemlə nəticələnir. Bu zaman təbii yolla doğuş mümkün deyilsə, ananı və uşağı xilas etməkdən ötrü mütləq keysəriyyə əməliyyatı seçilir. Bu tip vəziyyətlər ginekologiyada keysəriyyə əməliyyatı üçün nəzərdə tutulan konkret göstərişlər sırasındadır”.
Qeyd edək ki, Qax rayonu Zəyəm kənd sakini, 1993-cü il təvəllüdlü Fildurə Vahid qızı Novruzlu iyulun 6-sı səhər saat 10 radələrində ağır vəziyyətdə Qax Mərkəzi Rayon Xəstəxanasının (MRX) reanimasiya şöbəsinə daxil olub. 25 yaşlı Fildurə Novruzlu axşam saat 17 radələrində reanimasiya şöbəsində ölüb. Dünyasını dəyişən qadının bir bay əvvəl keysəriyyə əməliyyatı ilə uşaq dünyaya gətirdiyi bildirilir.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Polis bir gündə 1 qumbaraatan və 5 tüfəng götürdü
11:07 04.11.2026
Hadisə
Karapetyanların evlərində axtarış aparılır - YENİLƏNDİ
10:47 04.11.2026
Region
Qazaxda 15 yaşlı yeniyetmə həmkəndlisini bıçaqlayıb
10:21 04.11.2026
Hadisə
Obama Trampın partiyasının seçkidəki məğlubiyyətinə reaksiya verdi
10:19 04.11.2026
Gündəm
Tramp İrana yeni zərbələr endirmək planının olmadığını açıqlayıb
10:05 04.11.2026
Gündəm
CNN: Tramp seçkilərdə ən pis ssenarinin mümkünlüyünü etiraf edib
08:20 04.11.2026
Aktual
Böyrək xərçəngi yaradan – Hər gün yediyimiz 2 qida
07:17 04.11.2026
Sağlamlıq
"Sabah"ın baş məşqçisi "Vikinq"lə oyunöncəsi danışdı
06:44 04.11.2026
Futbol
Britaniya Avropa İttifaqı ilə yeni razılaşmaya hazırlaşır
06:17 04.11.2026
Dünya
Tramp demokratlara veto ilə hədə-qorxu gəldi
05:32 04.11.2026
Dünya
Billi Ayliş “Spotify”da rekord qırır
05:25 04.11.2026
Şou