Təcili yardıma yol verməyən sürücülərə hansı cəza verilir? - QAYDALAR
18:45 06.08.2021
Arxiv
659
Bəzən təcili yardım avtomobilləri tıxacda qalır və digər sürücülər onun dayanmadan hərəkətinə imkan yaratmır. Hətta tıxac olsa belə ambulans maşınlarına yol verməyən sürücülərə rast gəlinir.
Bəs görəsən, ölkə qanunvericiliyinə görə, təcili yardım avtomobillərinə yol verməyən sürücülərə hansı cəza tətbiq edilir?
"Sherg.az" lent.az-a istinadla bildirir ki, suala ekspert Elməddin Muradlı aydınlıq gətirib. O bildirib ki, həmin sürücülərə cərimə nəzərdə tutulsa da, bu mexanizm çox zəifdir: "Azərbaycanda operativ nəqliyyat vasitələrinə yol verməyən sürücülər üçün 100 manat və 3 bal cərimə nəzərdə tutulur. Amma bu qaydaların tətbiqi mexanizmi çox zəifdir. Yol polisinin görmədiyi yerlərdə bəlkə də onlarla belə pozuntu olur. Səs siqnalı qoşduğu halda hətta yol patrul xidməti avtomobilinə də yol verməyən sürücülər olub. Son zamanlar isə təcili tibbi yardım maşınına yol vermə mədəniyyəti yaxşıya doğru gedir. Ancaq həm yol infrastrukturu, həm də bəzi intizamsız sürücülər hələ də bu irəliləyişə mane olurlar.
Bəzən yolların 1 zolaqlı olması, qarşı hərəkət zolağına keçməyin mümkün olmaması da TTY maşınlarının dayanmadan hərəkətinə əngəl yaradır. İntizamsız sürücülər də çox vaxt görürsən ki, 2 zolaqlı yolu 3-4 zolaqlı yola çeviriblər. Belə pozuntuya ən çox taksi sürücüləri yol verir. Zolaqların sayının süni şəkildə qanunsuz artırılması isə TTY, yanğınsöndürmə, polis maşınları və digər operativ nəqliyyat vasitələrinin hərəkətinə mane olur".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Göygöldə bələdiyyənin mühasibi iş otağında ölü tapılıb
01:44 02.11.2026
Hadisə
Bakının bir sıra ərazisində işıqlar sönəcək
01:25 02.11.2026
İnfrastruktur
ABŞ-də təyyarə qəzasında 9 nəfər ölüb - Yenilənib
01:11 02.11.2026
Dünya
ABŞ-da özəl təyyarə küçənin ortasına düşdü: ölənlər var
00:34 02.11.2026
Dünya
Makqreqor karyerasını başa vurur
00:08 02.11.2026
İdman
Öcalan azadlığa çıxdı - Sensasiya
23:51 01.11.2026
Aktual
Fəqan Azadəliyev Dövlət Yol Polisi İdarəsinə rəis təyin olundu
23:30 01.11.2026
Cəmiyyət
Sumqayıtda zəncivari qəza baş verdi
22:02 01.11.2026
Hadisə
“Müharibəyə son qoymalıyıq” - İran Türkiyəni ünvan göstərdi
21:25 01.11.2026
Gündəm
"Şərq"də təkcə yazmağı yox, həyatı da öyrəndim - SEVGİ MƏKTUBU
20:52 01.11.2026
Media
Dədə Qorqud parkında meyit tapıldı
20:33 01.11.2026
Hadisə
Vaşinqton G20 sammitinin əsas gündəliyini açıqlayıb
20:16 01.11.2026
Dünya
ABŞ-da hakimiyyət savaşı qızışır: Tramp Konqresi itirə bilər!
19:46 01.11.2026
Gündəm
Sumqayıtda avtomobil qaz xəttinə çırpıldı
19:03 01.11.2026
Hadisə
"Şərq" təkcə qəzet deyil, həm də bir ailədir...
18:28 01.11.2026
Media