
"Timoşenko prezidentliyə əsas namizədlərdən hesab olunur" - Politoloq
14:46 27.03.2019
Arxiv
622
"Ukraynada son 10 ildə çox ziddiyətli və qavranması çətin olan proseslər baş verir”.
Bunu "Sherg.az”a açıqlamasında politoloq Vasif Əfəndiyev deyib.
Ukraynada 31 martda keçiriləcək prezident seçkisi ilə bağlı danışan ekspert bildirib ki, Qərbyönlü siyasətçilərin birləşərək Rusiyanı bölgədən kənarlaşdırmaq cəhdi qismən alınsa da, Ukrayna digər sovet respublikalarının taleyini yaşamağa məcbur oldu:
"Rusiya öz "maşınını” işə salaraq bu dəfə qan qardaşları hesab olunan ukraynanlıların torpaqlarını öz ərazilərinə qatdı. Lakin bütün bunlara baxmayaraq, Ukrayna xalqı və siyasətçiləri Rusiyadan uzaq durmaq planlarını davamlı olaraq həyata keçirirlər. Rusiya isə öz basqılarını durmadan artırır və suveren bir dövlətin daxili işlərinə qarışmaqda davam edir. Ukraynada real seçilmə şansı olan bir neçə namizədin adı bəllidir.

2010-cu ildə prezident seçkiləri zamanı Viktor Yanukoviçə az fərqlə məğlub olan Yuliya Timoşenko prezidentliyə əsas namizədlərdən hesab olunur. Timoşenko həm də savaşan və ziyançəkən siyasətçi olaraq bir çox üstünlüklərə malikdir. Yanukoviçin ölkədən qovulmasında "Maydan” hərakatının böyük rolu olsa da, sonunda hakimiyyətin zirvəsinə oliqarx Poroşenko çıxdı. Həbsdən yenicə çıxmış və yüksək reytinqə malik olan Yuliya "Maydan” hərakatına mane olmamaq üçün prezidentlik marafonuna qoşulmadı. Təbii ki, Timoşenkonun fasilə götürməsi də siyasi gediş idi və bu gün üçün hesablanmışdı”.
Ekspert Zelinski və Boykonun hər hansı böyük uğura imza atacaqlarını güman etmir:
"Rusiyanın bu iki namizədlə təmas qurması və ya buna cəhd etməsi seçkilərdə Rusiyayönlü namizədin səs qazanmaq şansı yoxdur. Rusiya Ukraynanı itirməmək üçün bütün vasitələrə əl ata bilər. Bütün bunlara baxmayaraq, Ukraynada seçkilər keçiriləcək və namizədlər ikinci turda yarışacaqlar. Hesab edirəm ki, Ukrayna xalqı daha müdrik davranaraq öz prezidentini elə ilk turda seçməlidir. Belə olarsa gərginlik tez bitər. Poroşenkonun əlində dövlət resusları var və bundan kifayət qədər yararlanır. Hər iki namizədin seçilmə şansları çoxdur. Seçkilərdə sürprizlərin olmasını gözləmirəm”.
Qeyd edək ki, martın 31-də Ukraynada prezident seçkiləri keçiriləcək. Prezidentlik uğrunda 39 namizəd yarışsa da, əsas mübarizənin üç-dörd siyasətçi arasında gedəcəyi bəllidir. İlkin sorğulara əsasən, son bir neçə ay ərzində prezidentlik reytinqlərinin lideri "Batkivşina” Partiyasının rəhbəri Yuliya Timoşenko olub. Ancaq sonrakı aylarda şoumen Vladimir Zelinski prezidentlik yarışında rəqiblərini ötüb və öz liderliyini möhkəmləndirib. İndiki prezident Pyotr Poroşenkonun səs faizi isə təxminən 20 faiz təşkil edir.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Dəmir ehtiyatları belə azalır: Yumurtanın yanında çay içməyin!
16:40 24.08.2026
Sağlamlıq
Livandan qovulan İran səfiri ölkədən çıxmaq istəmir
16:03 24.08.2026
Dünya
Azad edilmiş ərazilərdə daha 139 mina, 522 PHS aşkarlanıb
15:17 24.08.2026
Aktual
Peskov Paşinyana cavab verib
15:04 24.08.2026
Gündəm
Rusiya Gürcüstan üzərindən Ermənistana daşımaları dayandıra bilər
14:48 24.08.2026
Gündəm
Günə 77 qəpiyə “Nar”dan smartfon!
14:41 24.08.2026
Cəmiyyət
Xatəmi: İran Amerika ilə istənilən ssenari üzrə döyüşə hazırdır
14:03 24.08.2026
Dünya
Pakistan ordusunun feldmarşalı Trampa zəng etdi
13:24 24.08.2026
Gündəm
Məhkəmə Rüfət Səfərov barədə qərar verib
12:55 24.08.2026
Hadisə