Toyundan 3 gün sonra intihara cəhd etdi, bu gün isə ağ kəfən geyindi - FACİƏ
15:03 24.10.2017
Arxiv
1903
Əhməd Qəşəmoğlu: "Gənclərin psixologiyasında deformasiya baş verir. Gənclər sabahdan qorxur.Ona görə, tədbirlər görülməsə, intiharlar daha da çoxalacaq"
"10 il bundan əvvəldən həyəcan təbili çalınırdı ki, intiharlar artacaq”.
Bunu "Sherg.az”a intiharların artmasının səbəblərini izah edərkən sosioloq Əhməd Qəşəmoğlu deyib. O bildirib ki, belə davam edərsə, hazırkı vəziyyətdən də pis hallar yaşana bilər:
"İnsanın xarakteri elədir ki, daim özünü nədəsə təsdiq etməyə çalışır. Cəmiyyətdə gərək elə mühit olsun ki, insan potensialını üzə çıxarıb, özünü təsdiq edə bilsin. İndi problemlər çox olduğuna görə, insanlar özlərini istədikləri formada təqdim edə bilmir. Problemlər isə tək iqtisadi amillər, sosial faktorlarla bağlı deyil. Məsələn, İkinci Dünya Müharibəsindən sonra da vəziyyət ağır olub. İndiki səbəblər isə tamam psixoloji gərginliklərdir.
İnsanın psixologiyasına təsir edən mühüm faktorlardan biri sabaha inamdır. Cəmiyyətlərdə gərginlik olduqda, sabaha inam hissini yaratmağa çalışırlar. Indi isə buna diqqət edilmir. Əksinə, gah deyirlər, dünyanın axırıdır, gah deyirlər sabah daha da pis olacaq və s. İnsanların çoxu, xüsusilə gənclər sabahdan qorxur.
İntiharları artıran digər amil informasiyadır. Sosial şəbəkələr, ucuz teleseriallar insanlarda bədbinlik hissini artırıb.
İnformasiyalar insanlara düzgün şəkildə ötürülmür. Məsələn, "oğrular aləmi” haqqında daha çox informasiya verilir. Buna zidd olaraq, mənəvi dəyərlər barədə yazılar, xəbərlər, şərhlər azdır. Cəmiyyətdə elə "qanuni oğru” var ki, milli qəhrəmandan daha çox təbliğ edilir. Bütün bunlar insanların davranışına ciddi təsir edir”.
İntiharların artma səbəbini ümumiləşdirən sosioloq əlavə edib ki, mühit, informasiya və insanın üstünlük verdiyi dəyərlərin yönümü cəmiyyəti idarə edir:
"Mənəvi dəyərlərin sıxışdırıldığı bütün cəmiyyətlərdə gərginlik artır. Maddi dəyərlər ona görə, ön planda olmamalıdır. Bütün bunların yekunu olaraq, hər kəsin - xüsusilə gənclərin psixologiyasında deformasiya baş verir. Ona görə, tədbirlər görülməsə intiharlar daha da çoxalacaq.
Cəmiyyətin dəyərlərini istiqamətləndirmək üçün ciddi alimlərimiz fəaliyyət proqramı hazırlamalıdır. Bundan aydın olacaq ki, qanunvericilikdə, informasiya təbliğatında nə dəyişikliklər etmək lazımdır. Bu proseslər idarə olunandır. Gənclərimizdə ruh yüksəkliyi yaratmaq, cəmiyyətdə mənəvi dəyərləri yüksəltməklə gərginliyi aradan qaldırmaq mümkündür”.
Qeyd edək ki, ötənlərdə 1985-ci il təvəllüdlü Ağstafa rayon sakini Elçin Ədalət oğlu Nəbiyev özünü yaşadığı evdə asaraq öldürüb.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Sabah” “Şamaxı” ilə oyunda xal itirdi
19:51 08.11.2026
Futbol
Polşada 6 nəfərin öldüyü silahlı hücum terror aktı kimi araşdırılır
19:35 08.11.2026
Dünya
Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır
19:06 08.11.2026
Ekologiya
Moskvada yeni dəb: Mənzil almadan bahalı evləri gəzməyə gedirlər
18:52 08.11.2026
Maraqlı
Arda Gülərə tərif yağışı: "“Real Madrid"in vitamin mənbəyidir!”
18:42 08.11.2026
Futbol
Ədliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
18:20 08.11.2026
Gündəm
Xankəndidən verilən Zəfər mesajı -TƏHLİL
18:07 08.11.2026
Aktual
Böyük Britaniya Kralı ilk dəfə Çinə səfər edə bilər
17:56 08.11.2026
Dünya
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya