Tramp impiçment araşdırmasında ifadə verən iki nəfəri vəzifədən uzaqlaşdırıb
16:49 08.02.2020
Arxiv
347
Prezident Donald Tramp cümə günü Avropa İttifaqındakı səfiri Qordon Sondlandı vəzifədən uzaqlaşdırıb. Sondland impiçment araşdırması zamanı Trampa ziyan vuracaq ifadə vermişdi. O, yaydığı bəyanatda Trampın onu dərhal geri çağırmaq niyyətində olduğunu deyib.
Bundan bir neçə öncə isə impiçment məsələsində mühüm rol oynayan əsgər və milli təhlükəsizlik müşaviri Ağ Evdən çıxarılıb. Onun vəkili deyib ki, Vindmana "həqiqəti söylədiyinə" görə Ağ Evi tərk etməsinə göstəriş verilib.
"Həqiqəti söyləmək polkovnik-leytenant Aleksandr Vindmana işi, karyerası və məhrəmliyi bahasına başa gəldi" - deyə, vəkil Deyvid Pressman bəyanatında bildirib.
Ordu isə bəyanatda bildirib ki, Vindman və onun əkiz qardaşı polkovnik-leytenant Yevgeni Vindman da cümə günü Ağ Evdə vəkil vəzifəsindən uzaqlaşdırılıb və onlara yenidən orduda vəzifə verilib.
Aleksandr Vindmanın vəkili bir səhifəlik bəyanat yayıb və orada Trampı onun müvəkkilindən qisas almaqda günahlandırıb.
"O, ordu üzvünün hər gün etməyə borclu olduğu şeyi edib: o, əmrləri yerinə yetirib, o, verdiyi anda əməl edib və ölkəsinə xidmət edib. O bunu edərkən belə təhlükələrlə üzləşib. Buna görə də, səssiz, təsir altına düşə bilən və onunla əlbir olanlar sayəsində vəzifədə qalan dünyanın ən güclü insanı ondan qisas almağa qərar verib", o deyib.
Ağ Ev Pressmanın ittihamlarına cavab verməyib.
"Biz şəxsi məsələlərlə bağlı şərh vermirik", Ağ Evin xarici siyasət qolu olan Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Ullyot bildirib. Vidman Milli Təhlükəsizlik Şurasında Ukrayna üzrə ekspert vəzifəsində çalışırdı.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Minsk Qrupunun sükutla keçən 30 ili: Bakının ƏDALƏTİ zəfər çaldı
18:38 11.05.2026
Gündəm
10 il anasına tək baxdı… Analar Günündə acı xəbər gəldi
18:20 11.05.2026
Hadisə
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
18:16 11.05.2026
Ekologiya
Ərdoğandan yeni Konstitusiya mesajı: Bu qüsuru ardan qaldıracağıq
17:55 11.05.2026
Region
Netanyahu təhlükəsizlik müşavirəsi keçirir
17:15 11.05.2026
Dünya
III Şio mayın 12-də taxta çıxacaq
16:44 11.05.2026
Region
Bakıda məktəbdə beşinci sinif şagirdi qızı bıçaqladı
16:14 11.05.2026
Hadisə
Gürcüstanın yeni Patriarxı seçilib - YENİLƏNİB
16:07 11.05.2026
Cənubi Qafqaz
İrandan ABŞ-yə sərt mesaj: “Proses daha da mürəkkəbləşəcək”
15:52 11.05.2026
Dünya
Ərdoğan Belçika Kraliçası Matildanı qəbul edib
15:26 11.05.2026
Gündəm
Əkrəm İmamoğlunun “casusluq işi” üzrə məhkəməsi başlayıb
15:24 11.05.2026
Gündəm