
“...Türkiyə-Azərbaycan-İsrail üçbucağı güclənə bilər” – ŞƏRH
14:36 27.03.2019
Arxiv
465
"Qolan yüksəkliklərini Dağlıq Qarabağla müqayisə etmək geri zəkalılıqdır”.
Bunu "Sherg.az”a açıqlamasında politoloq Azər Rəşidoğlu deyib.
Analitik bildirib ki, rəsmi Bakının İsrail və eyni zamanda müsəlman ölkələri ilə yaxınlığı ölkənin geosiyasi önəminin göstəricisidir:
"Bakı İran və yaxud Fələstinin narazılığına səbəb ola bilər ehtimalına görə, mühüm bir oyunçu olan İsrail ilə münasibətlərini korlaya bilməz. Azərbaycan bu günə qədər İsraildən 4 milyard 850 milyon dollar civarında hərbi texnika alıb. İmzalanmış müqavilələrin ümumi dəyəri isə 5 milyard dollardır.

İsrail öz qazını Azərbaycanla Türkiyə arasında inşa edilən boru xətləri ilə Avropaya nəql etmək istəyir. Bu enerji əməkdaşlığı sayəsində Türkiyə-Azərbaycan-İsrail üçbucağı güclənə bilər. İsrail-Azərbaycan əməkdaşlığının daha bir əhəmiyyəti var. Dünyanın müxtəlif ölkələrində kök salan erməni lobbisi, Türkiyə ilə yanaşı Azərbaycan əleyhinə də kampaniya aparır.
Dağlıq Qarabağ və ətraf rayonların işğalına haqq qazandırmağa çalışır. Buna görə də Azərbaycanın dünyanın müxtəlif ölkələrindəki yəhudi icmalarının dəstəyinə ehtiyacı var ki, erməni lobbisi ilə mübarizədə güclü müttəfiqə malik olsun. İsraildəki 70 min nəfərlik Azərbaycan diasporu isə yəhudi olmasına baxmayaraq, iki ölkə arasındakı əməkdaşlığın genişlənməsidir. Ayrıca, Azərbaycan İsraildən müsir silahlar alır və bu, bizə torpaqlarımızı işğaldan azad etmək üçün vacibdir”.
Siyasi şərhçinin sözlərinə görə, İsrail tərəfindən İranla bağlı Azərbaycana müəyyən təzyiqlər var:
"Bu gün Türkiyə, Pakistan, Səudiyyə Ərəbistanı və digər müsəlman ölkələri Ermənistanla siyasi-diplomatik, iqtisadi əlaqələr qurmadığı halda, müsəlman qonşumuz İran illərdir təcavüzkara qucaq açır. İsrail isə erməniləri müdafiə etmir. Əksinə Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın hərbi gücünü artırmağa yönələn addımlar atır.
Türkiyə, Pakistan və digər müsəlman dövlətləri kimi İran da Ermənistanla işğalçı kimi davransaydı, öz sərhədlərini müsəlman torpaqlarını işğal edən təcavüzkara qarşı qapalı saxlasaydı, Qarabağ münaqişəsi bu qədər uzanmazdı.
Tehran isə nəinki Ermənistanla, belə görünür ki, Dağlıq Qarabağdakı separatçı rejimlə də əlaqələri davam etdirir. Bütün bu amillər İsrail ilə əməkdaşlığı zəruri edir. Əlbəttə ki, Bakı Qüds problemində Fələstinin yanındadır. Lakin bu, İsrail ilə münasibətləri korlamaq anlamına gəlmir. Bu baxımdan, artıq İsraildə Azərbaycanın səfirliyinin açılması barədə də düşünmək lazım gəlir və hansısa şərhçinin sərsəmləməsinə önəm vermək lazım deyil”.
Qeyd edək ki, İsrail politoluqu Aviqdor Eskin deyib ki, Ermənistan Qolan yüksəkliklərini İsrail ərazisi kimi tanımalıdır. Onun fikrincə, bu, Qarabağın suverenliyinin beynəlxalq səviyyədə tanınmasına kömək edəcək.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Dəmir ehtiyatları belə azalır: Yumurtanın yanında çay içməyin!
16:40 24.08.2026
Sağlamlıq
Livandan qovulan İran səfiri ölkədən çıxmaq istəmir
16:03 24.08.2026
Dünya
Azad edilmiş ərazilərdə daha 139 mina, 522 PHS aşkarlanıb
15:17 24.08.2026
Aktual
Peskov Paşinyana cavab verib
15:04 24.08.2026
Gündəm
Rusiya Gürcüstan üzərindən Ermənistana daşımaları dayandıra bilər
14:48 24.08.2026
Gündəm
Günə 77 qəpiyə “Nar”dan smartfon!
14:41 24.08.2026
Cəmiyyət
Xatəmi: İran Amerika ilə istənilən ssenari üzrə döyüşə hazırdır
14:03 24.08.2026
Dünya
Pakistan ordusunun feldmarşalı Trampa zəng etdi
13:24 24.08.2026
Gündəm
Məhkəmə Rüfət Səfərov barədə qərar verib
12:55 24.08.2026
Hadisə