“Türkiyənin İraqa girməsi normaldır”

Binəli Yıldırım jurnalistlərə açıqlamasında deyib


İraq hökuməti hər şeydən əvvəl ölkəsində fəaliyyət göstərən terror qruplaşmalarını zərərsizləşdirməlidir. Bir halda ki, bunu edə bilmir, o zaman Türkiyənin də öz təhlükəsizliyini təmin etmək haqqı var. Axar.az xəbər verir ki, bunu Türkiyə Baş naziri Binəli Yıldırım jurnalistlərə açıqlamasında deyib. Baş nazir bildirib ki, həm Suriyanın, həm də İraqın gələcəyi Türkiyəni yaxından maraqlandırır:
"İraqla 350 km uzunluğunda sərhədimiz var. Təəssüf ki, bu ölkədən gələn terrorçular illərdir bizim başımızı ağrıdır. Dinc sakinləri öldürürlər. Türkiyə bu caniləri məhv etməlidir. Suriya və İraqın gələcəyi Türkiyəni dərindən maraqlandırır. Bu gün İraq və Suriyada əməliyyatlar aparan fövqəl dövlətlərin bu ölkələrlə heç bir tarixi, mədəni və coğrafi bağlılığı yoxdur. Bütün bunları nəzərə aldıqda Türkiyənin regionla maraqlanması normaldır”.