Uşaqlar arasında təhlükəli infeksiya yayılıb? - Baş pediatr açıqlayır
12:12 10.07.2018
Arxiv
495
Son günlər ölkədə uşaqlar arasında infeksion xəstəliklərinin artması və paytaxt xəstəxanalarında bu üzdən sıxlığın yaranması ilə bağlı məlumatlar yayılıb. Oxucuların Lent.az-a verdiyi məlumata görə, hətta Bakıxanov qəsəbəsində yerləşən tibb müəssisələrindən birinə eyni anda 40-dək uşaq gətirilib. Yayılan xəbərlərlə bağlı informasiyanın düzgün olub-olmadığını əsas mənbədən öyrənmək üçün Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru, baş pediatr Nəsib Quliyevlə əlaqə saxladıq. İnstitutun direktoru Lent.az-a açıqlamasında bildirib ki, nə paytaxtda, nə də bölgələrdə infeksiyalarla bağlı təhlükəli durum yoxdur:
"Özüm də özəl tibb mərkəzlərinin birində çalışıram. Daim xəstələrlə sıx təmasdayam. Hazırda infeksiyalarla bağlı təhlükəli durum yoxdur. Yay mövsümünə, iyul ayına xarakterik hansı xəstəliklər mövcuddursa, biz onları müşahidə edirik. Müşahidələrim əsasında deyə bilərəm ki, xüsusi təhlükəli infeksiya, epidemiya ilə qarşılaşmamışıq. Bakıxanov qəsəbəsindəki səhiyyə ocağında xüsusi halın baş verməsi ilə bağlı nə bizə müraciət daxil olub, nə də belə bir halla qarşılaşmışıq”.
Nəsib Quliyev onu da bildirib ki, yay dövrünün özünə xas infeksiya xəstəlikləri olub. Amma həmin xəstəliklər xüsusi risk qrupuna daxil olan infeksiyalara aid deyil: "Yay mövsümündə mədə-bağırsaq infeksiyaları həmişə olub. İsti iqlim, qidaların tez xarab olması ehtimalı daha böyükdür. Günvurma hallarına tez-tez rast gəlirik. Yayda qızdırmalı xəstəliklər də sıx şəkildə müşahidə edilir. Biz tibbdə ona hipertermiya deyirik. Çünki bizi əhatə edən mühitin temperaturu bəzən bədənin hərarətindən də yüksək olur. Baş verən xəstəliklər də əsasən bu hallardan qaynaqlanır. Ölkədə təhlükəli infeksiyanın yayılması ilə bağlı dolaşan xəbərlər kimlərinsə şayiəsi və ya subyektiv fikri ola bilər. Hazırda ölkədə mövsümi göstəricilərdən kənar heç nə baş vermir. Biz buna əks olan bir durumu müşahidə etməmişik”.
Bəs anomal istilər hansısa infeksion xəstəliklər yarada bilərmi?
Nəsib Quliyev bu amili də qismən inkar edir. Deyir ki, iyulun əvvəllərində müşahidə olunan üç günlük anomal istidən başqa digər günlərdəki hərarət mövsüm normalarına uyğundur: "Bizi əhatə edən mühitdə anomal istilərin olması daha çox uşaqlar və yaşlı adamlar üçün risklidir. Təzyiqi, şəkəri yüksək olan insanlar bu cür havalarda ehtiyatlı olmalıdırlar".
N. Quliyev bildirib ki, yay mövsümündə azyaşlıların tez-tez xəstələnməməsi üçün bəzi tövsiyələrə cidi əməl etmək lazımdır: "Ana südü ilə qidalanan uşaqları yay mövsümü boyunca döşdən ayırmaq olmaz. Bu müddət ərzində həmin körpələr üçün əlavə qidalara başlamaq da yolverilməzdir. Payıza qədər ana südü davam etməlidir. 1 yaşından yuxarı olan uşaqlara öz yaş dövrünə uyğun qidalar vermək lazımdır. Böyüklərin qəbul etdiyi qidaları yay mövsümündə uşaqlara vermək olmaz. Böyüklər istirahətə gedirlər, tutaq ki, özləri kabab yeyir, 1 yaşlı uşağa da ondan yedizdirmək istəyirlər. Bu cür hallara qətiyyən yol vermək olmaz. Uşaqlara köhnəlmiş, istidə, gün altında qalmış, vaxtı keçmiş qidalar da verilməməlidir. Valideynlər və yaşlı insanlar azyaşlıları qorumalıdır. Yay mövsümündə uşaqlara verilən meyvələr də təmiz olmalıdır. Yuyulmalıdır. Yetişmiş meyvə verilməlidir. Kal meyvə verməklə də uşaqlar çox tez xəstələnə bilir”.
Pediatr deyib ki, yay mövsümündə uşaqlar günəş və qum vannası qəbul etməlidirlər. Yaz-yay mövsümü uşaqların orqanizminin möhkəmləndirilməsi üçün gözəl fürsətdir: "Hətta azyaşlı uşaqları mütəmadi dəniz kənarına aparmaq lazımdır ki, onlar qışda az xəstələnsin. Amma saat 11-ə qədər... 11:00-dan 17:00-a qədər körpələrin və uşaqların dəniz kənarına aparılması heç cür məsləhət görülmür. Külək olmayan, icazə verilmiş çimərliklərə bir yaşına qədər, hətta 2 aylıq uşaqları da aparmaq olar. Dəniz kənarının uşaqlar üçün ancaq xeyri var”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hörmüzdəki böhranla bağlı Küveytdən qeyri-adi təklif
23:58 09.09.2026
Region
Tramp İranla müharibənin nə vaxt bitəcəyini açıqlayıb
23:49 09.09.2026
Gündəm
Tramp: Putin Ukrayna ilə bağlı razılaşma əldə etmək istəyir
23:37 09.09.2026
Aktual
Bakının iki küçəsində hərəkət məhdudlaşdırılacaq
23:23 09.09.2026
İnfrastruktur
Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlanıb
22:30 09.09.2026
Hadisə
Paşinyan və Emmanuel Makron arasında görüş olub
22:12 09.09.2026
Gündəm
Taliban Trampın tələbini yenə rədd etdi: Artıq bizimdir!
21:11 09.09.2026
Dünya
Belçikada Salmonella virusuna yoluxanların sayı 318-ə çatıb
20:57 09.09.2026
Sağlamlıq
Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat edib
20:45 09.09.2026
Hadisə
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
20:00 09.09.2026
Futbol
Rusiya və Vyetnam prezidentləri arasında Kremldə görüş olub
19:51 09.09.2026
Gündəm
Zaxarova Danimarka qəzetindəki yazıya sərt reaksiya verdi
19:25 09.09.2026
Dünya
DİN-in yeni vəzifəsi müəyyənləşib
19:14 09.09.2026
Siyasət