Uzun müddətdir ABŞ-la əməkdaşlıq davam edir
21:50 30.10.2017
Arxiv
766
Azərbaycan kütləvi qırğın silahlarına qarşı aparılan bütün kampaniyalarda daim ön planda durub
"Azərbaycan və ABŞ kütləvi qırğın silahlarının qarşısını almaq üçün birgə əməkdaşlıq edir. Bu əməkdaşlığın gözəl tarixi var”. Bunu ABŞ-ın ölkəmizdəki səfiri Robert Sekuta bildirib. Diplomat bildirib ki, kütləvi qırğın silahlarının qarşısının alınması üçün Amerika Azərbaycana ümumilikdə 26 milyon dollar ayırıb: "Ölkələrimizin bir çox məsələlərdə mövqeyi üst-üstə düşür.
Biz Azərbaycanın necə çətin bir bölgədə yerləşdiyini başa düşürük. Digər ölkələrin də Azərbaycan kimi kütləvi qırğın silahlarının qarşısının alınması istiqamətində addımlar atması məqsədəuyğundur”.
Məsələ ilə bağlı "Şərq”ə danışan Qərb Universitetinin professoru, politoloq Fikrət Sadıqov deyib ki, bu sahədə Azərbaycan-ABŞ arasında əməkdaşlıq uzun müddətdir davam edir. Ekspertin sözlərinə görə, Azərbaycan hər zaman beynəlxalq tribunalarda kütləvi qırğın silahlarına qarşı çıxış edib:
"Ölkəmiz ikitərəfli və çoxtərəfli formatlarda, müxtəlif sazişlər çərçivəsində dünyanın sivil dövləti kimi təhlükəli silahların tətbiqini pisləyib. Hətta bu məsələyə görə dəfələrlə dünya birliyini suçlayıb. Əfsuslar olsun ki, Qərb dövlətləri bizim mövqeyimizə seyirçi olublar və həqiqəti deməkdən qaçıblar. Buna baxmayaraq, Azərbaycan sülhsevər dövlət kimi mühüm beynəlxalq tədbirlərdə və kütləvi qırğın silahlarına qarşı aparılan bütün kampaniyalarda daim ön planda durub. İndiyə qədər bir çox konvensiyalara qoşulmuşuq, riskli silahlara qarşı sazişlərə düşünmədən imza atmışıq”.
Analitik bildirib ki, bütün bu addımlara görə ABŞ və digər Qərb dövlətləri Azərbaycanın mövqeyini və səylərini layiqincə qiymətləndirməlidir:
"Azərbaycanın kütləvi qırğın silahları yoxdur. Eyni zamanda, düşmən ölkə Ermənistan kimi təhlükəli atom elektrik stansiyasına da sahib deyilik. Heç bir dövlətin sülhü təhdid edən təhlükəli təşəbbüsünə dəstək verməmişik və bundan sonra da verməyəcəyik. Təəssüflər olsun ki, beynəlxalq aləm Ermənistandakı köhnəlmiş Metsamor AES-nə, daha doğrusu stansiyanın törədə biləcəyi təhlükəyə biganə yanaşır. Anlamırlar ki, orada baş verən kiçik qəza, bölgə üçün çox böyük fəlakət deməkdir”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Moskvada yeni dəb: Mənzil almadan bahalı evləri gəzməyə gedirlər
18:52 08.11.2026
Maraqlı
Arda Gülərə tərif yağışı: "“Real Madrid"in vitamin mənbəyidir!”
18:42 08.11.2026
Futbol
Ədliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
18:20 08.11.2026
Gündəm
Xankəndidən verilən Zəfər mesajı -TƏHLİL
18:07 08.11.2026
Aktual
Böyük Britaniya Kralı ilk dəfə Çinə səfər edə bilər
17:56 08.11.2026
Dünya
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya