Xarkovda "Xarı bülbül" Azərbaycan dili məktəbi açılıb
07:20 08.06.2021
Arxiv
499
Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Xarkov şəhərində Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporunun (UABD) nəzdində yaradılan "Xarı bülbül" Azərbaycan dili məktəbinin açılış mərasimi olub.
Dövlət Komitəsindən "Report"a verilən məlumata görə, təntənəli tədbirdə Ukraynada fəaliyyət göstərən diaspor təşkilatlarının - Xarkovdakı "Dostluq" Azərbaycan–Ukrayna Cəmiyyətinin, Dnepr Azərbaycanlıları Liqasının İdarə Heyətinin üzvləri və yerli dövlət qurumlarının nümayəndələri iştirak ediblər. Qonaqlar məktəblilərə müxtəlif məktəb ləvazimatları, Azərbaycan dilində bədii kitablar və xüsusi olaraq diaspor məktəbləri üçün nəşr edilmiş dərsliklər hədiyyə ediblər.
Mərasimdə UABD sədri Hikmət Cavadov və başqaları çıxış edərək, Azərbaycan dilində məktəbin açılması münasibətilə soydaşlarımızı və onların övladlarını təbrik edib, məktəbə rəhbərlik edən "Aynur - Xatun" təşkilatının sədri Kiyafət Cəfərovaya təşəkkürünü bildirib.
Məktəb sentyabr ayından fəaliyyətə başlayacaq və öz qapılarını şagirdlərin üzünə açacaq. Məktəbdə Azərbaycan dili və ədəbiyyatı, tarixi və digər fənlər tədris olunacaq. Qeyd edilib ki, ana dili hər bir millətin ən böyük nemətidir və xaricdə yaşayan azərbaycanlıların övladları yerli cəmiyyətə inteqrasiya olunmaqla yanası, öz doğma dilini unutmamalı və onu mükəmməl şəkildə mənimsəməlidirlər.
Tədbir çərçivəsində Xarkovda fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının aparıcı şəxslərilə diasporun inkişafına dair müxtəlif aktual məsələlər barədə ətraflı fikir mübadiləsi də aparılıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Polis bir gündə 1 qumbaraatan və 5 tüfəng götürdü
11:07 04.11.2026
Hadisə
Karapetyanların evlərində axtarış aparılır - YENİLƏNDİ
10:47 04.11.2026
Region
Qazaxda 15 yaşlı yeniyetmə həmkəndlisini bıçaqlayıb
10:21 04.11.2026
Hadisə
Obama Trampın partiyasının seçkidəki məğlubiyyətinə reaksiya verdi
10:19 04.11.2026
Gündəm
Tramp İrana yeni zərbələr endirmək planının olmadığını açıqlayıb
10:05 04.11.2026
Gündəm
CNN: Tramp seçkilərdə ən pis ssenarinin mümkünlüyünü etiraf edib
08:20 04.11.2026
Aktual
Böyrək xərçəngi yaradan – Hər gün yediyimiz 2 qida
07:17 04.11.2026
Sağlamlıq
"Sabah"ın baş məşqçisi "Vikinq"lə oyunöncəsi danışdı
06:44 04.11.2026
Futbol
Britaniya Avropa İttifaqı ilə yeni razılaşmaya hazırlaşır
06:17 04.11.2026
Dünya
Tramp demokratlara veto ilə hədə-qorxu gəldi
05:32 04.11.2026
Dünya
Billi Ayliş “Spotify”da rekord qırır
05:25 04.11.2026
Şou