Xəyal Əhmədov rəqibinə aman vermədi - "Tank" dünya kəmərini qazandı
11:30 27.03.2019
Arxiv
675
Azərbaycan Kikboksinq Federasiyasının üzvü, bir sıra beynəlxalq yarışların qalibi, dünya çempionu Xəyal Əhmədov Almaniyanın Bohum şəhərində keçirilmiş nüfuzlu beynəlxalq turnirdə növbəti dəfə parlaq qələbə qazanaraq dünya kəmərinə (WFMC) sahib olub.
"Sherg.az" xəbər verir ki, MMA - qarışıq döyüş növləri və K1 versiyaları üzrə keçirilən beynəlxalq turnirdə X.Əhmədov almaniyalı kikboksçu, məşhur "Nubia Sports" klubunun yetirməsi Kevin Herşlagla (Kevin Heerschlag) rinqə çıxıb. Azərbaycanı təmsil edən "Tank" ləqəbli Kikboksçumuz 5 raundluq döyüşdə rəqibi üzərində inamlı qələbə qazanaraq Azərbaycan bayrağını başı üzərinə qaldırıb.
Dünya şöhrətli idmançımız ötən il keçirilmiş turnirdə də məhz almaniyalı kikboksçu üzərində qələbə qazanmışdı.
Qeyd edək ki, X.Əhmədov dünya miqyaslı yarışlarda Azərbaycanı layiqincə təmsil etdiyinə və parlaq qələbələr qazandığına görə Prezident İlham Əliyev tərəfindən fəxri fərmanla təltif olunub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğandan xahiş edəcəyəm ki, müharibəyə qoşulsun
21:17 13.10.2026
Dünya
Ərdoğanın vasitəçiliyi sülhə yol aça bilər, amma bir şərtlə - ŞƏRH
20:32 13.10.2026
Gündəm
Ərdoğandan Səudiyyəyə dəstək...
20:21 13.10.2026
Aktual
Belçikanın Rusiyadakı səfiri XİN-ə çağırılıb
20:13 13.10.2026
Gündəm
Paşinyanın təyyarəsi 5 ay sonra İrəvana qayıtdı
20:05 13.10.2026
Cənubi Qafqaz
Dələduzluq edən dörd nəfər saxlanıldı
19:50 13.10.2026
Hadisə
Barmaq çıtlatmaq zərərlidirmi? - Oynaq iltihabına səbəb olurmu?
19:41 13.10.2026
Sağlamlıq
Dizel sazişi Rusiya və ABŞ-ın maraqlarına cavab verir
19:39 13.10.2026
Aktual
Polis 2 kiloqram narkotik vasitə aşkarladı
19:26 13.10.2026
Hadisə
Tom Berendsen Azərbaycana rəsmi səfər edəcək
18:42 13.10.2026
Siyasət
İqtisadi Şuranın növbəti iclası oldu
18:27 13.10.2026
İqtisadiyyat
Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi məlum olub
18:12 13.10.2026
Siyasət