XİN: “Parlamentin üzvü olmaq digər ölkələrin qanunlarını pozmağa əsas vermir”
16:52 23.08.2018
Arxiv
641
"Parlamentin üzvü olmaq digər ölkələrin qanunlarını pozmağa əsas vermir”. "Sherg.az"xəbər verir ki, bu barədə "Trend”ə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Almaniya deputatının Azərbaycan tərəfdən işğal edilmiş ərazilərimizə səfər niyyəti məsələsinə münasibət bildirərkən deyib.
H.Hacıyev bildirib ki, almaniyalı deputat Azərbaycanın işğal olunmuş ərazilərinə qoşunların təmas xəttinin Azərbaycan hissəsindən də səfər etmək niyyətindədirsə, üzrxahlıq məktubu ilə müraciət etməli, Azərbaycanın qanunlarına, ərazi bütövlüyü və suverenliyinə hörmətini ifadə etməlidir:
"Qanunverici orqanının nümayəndəsi kimi o, BMT üzv dövlətlərinin qanunlarına hörmət etməlidir. Parlamentin üzvü olmaq digər ölkələrin qanunlarını pozmaq üçün heç kimə əsas vermir. Hər kəs bilməlidir ki, bu kimi qanunsuz səfərlər Azərbaycanın işğal olunmuş ərazilərində hərbi təcavüz və qanlı etnik təmizləmə nəticəsində yaradılmış qondarma rejimin təşviqinə xidmət edir və münaqişənin beynəlxalq hüquqa uyğun olaraq sülh yolu ilə həllinə maneə olur".
XİN rəsmisi qeyd edib ki, sözügedən millət vəkili tərəfindən bütün BMT üzv dövlətlərində identik olan qanunların pozulması və sonra da buna bəraət qazandırılması cəhdi böyük səhvdir:
"Bu kimi provokativ addımların qəsdən atılaraq uğursuz şəkildə Azərbaycan və Almaniya arasında əlaqələrin inkişafına xələl gətirmək niyyəti güdməsi də istisna edilməməlidir. Şübhə doğuran məqam ondan ibarətdir ki, Azərbaycanın Almaniyadakı səfirliyi dəfələrlə yazılı formada Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfərlər və onun doğurduğu mənfi fəsadlar barədə xəbərdarlıq edib. Hər bir halda Azərbaycanın qanunlarını pozduğu üçün bu şəxsin adı "arzuolunmaz şəxslər" siyasına daxil edilib".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ-da özəl təyyarə küçənin ortasına düşdü: ölənlər var
00:34 02.11.2026
Dünya
Makqreqor karyerasını başa vurur
00:08 02.11.2026
İdman
Öcalan azadlığa çıxdı - Sensasiya
23:51 01.11.2026
Aktual
Fəqan Azadəliyev Dövlət Yol Polisi İdarəsinə rəis təyin olundu
23:30 01.11.2026
Cəmiyyət
Sumqayıtda zəncivari qəza baş verdi
22:02 01.11.2026
Hadisə
“Müharibəyə son qoymalıyıq” - İran Türkiyəni ünvan göstərdi
21:25 01.11.2026
Gündəm
"Şərq"də təkcə yazmağı yox, həyatı da öyrəndim - SEVGİ MƏKTUBU
20:52 01.11.2026
Media
Dədə Qorqud parkında meyit tapıldı
20:33 01.11.2026
Hadisə
Vaşinqton G20 sammitinin əsas gündəliyini açıqlayıb
20:16 01.11.2026
Dünya
ABŞ-da hakimiyyət savaşı qızışır: Tramp Konqresi itirə bilər!
19:46 01.11.2026
Gündəm
Sumqayıtda avtomobil qaz xəttinə çırpıldı
19:03 01.11.2026
Hadisə
"Şərq" təkcə qəzet deyil, həm də bir ailədir...
18:28 01.11.2026
Media
Türkiyədə 90-a yaxın qanunsuz miqrant saxlanıldı
18:10 01.11.2026
Region
Zərdüşt Əlizadənin bacısı vəfat etdi
17:53 01.11.2026
Hadisə