Xüsusi sərtləşdirilmiş karantin rejimi dövründə taksi xidmətinə icazə veriləcək

Xüsusi sərtləşdirilmiş karantin rejimi dövründə ictimai nəqliyyat və taksi xidmətlərinin fəaliyyətinə icazə veriləcək. 
APA-nın məlumatına görə, bu, Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında 2020-ci il dekabrın 14-dən xüsusi karantin rejiminin sərtləşdirilməsi haqqında” qərarında əksini tapıb.