Yevda Abramovun səhhətindən XƏBƏR VAR: "... yaşamaq olar "





Bir müddət öncə millət vəkili Yevda Abramovun səhhətində ciddi problem yaranmışdı. Deputat ötən il dekabrın 7-də onkoloji xəstəliyi ilə əlaqədar Milli Onkologiya Mərkəzinə yerləşdirilərək, cərrahi əməliyyat olunub. Daha sonra isə yenidən səhhətində problem yarandığı üçün o, təcili olaraq dövlət hesabına İsraildəki xəstəxanalardan birinə yerləşdirilib.

Təxmini 7 aydır, İsraildə müalicə alan millət vəkili artıq ölkəyə qayıdıb. Səhhəti ilə əlaqədar "Sherg.az”a danışan parlamentari sağlıq durumunun qənaətbəxş olduğunu söyləyib:

"Hazırda Bakıdayam, stasionar müalicə prosesi davam edir. Yavaş-yavaş səhhətim qaydasına düşür. Həkimlərin dediyinə görə, hər şey qaydasındadır, yaşamaq olar”.

Y.Abramov onu da bildirib ki, Milli Məclisin payız sessiyasında iştirak etməyə çalışacaq:

"Səhhətim imkan verərsə, yeni iş mövsümündə Milli Məclisdə olacağam. Oktyabrın 1-ə qədər stasionar müalicəm davam edəcək. Bundan sonra, alınarsa, iclaslarda iştirak edəcəyəm”.

Aysel Aslan