Zahid Oruc: "İsrafçılığın yüksək səviyyədə olması danılmazdır"
10:02 14.12.2016
Arxiv
972
Hazırda prioritet məsələlərdən biri regionların inkişafı və paytaxtın mövcud inzibati, iqtisadi, siyasi yükdən azad edilməsidir.
Bunu Sherg.az- millət vəkili Zahid Oruc söyləyib.
Deputat bildirib ki, ölkə rəhbərinin hazırki hədəfi də məhz bölgələrin potensialını atırmaqdır:
"Ötən illər ərzində Azərbaycan regionlarının inkişafı ilə əlaqədar 40 milyard manatdan artıq vəsait xərclənib. Bununla infrastruktur quruculuğuna, ayrı-ayrı bölgələrin paytaxtın verdiyi vəsaitlərdən azad olması üçün onun imkanlarının yaranmasına yönəlmiş hədəf seçilib. Bunun üçün yol, işıq, qaz, su problemlərinin həlli ilk sırada dayanırdı. Digər tərəfdən keçmiş dövrdə ixtisaslaşmış rayonların həmin sahə üzrə imkanlarını təkrar üzə çıxarmaq, onların əmək ehtiyatlarını hərəkətə gətirmək lazımdır. İndi aktivləşdirilən pambıqçılığın, o cümlədən tütünçülük və çayçılığın sovet dövründən real əsası mövcud idi. Əslində hər bir bölgə hansı sənaye sahəsi üzrə inkişaf edə biləcəyini son yüz ildə müəyyənləşdirib.
Bakı və onun çevrəsi neftlə zəngin ola bilər, amma Qarabağ bölgəsi və işğal olunmuş rayonlarımıza nəzarət olmadığından istisna etsək, digər rayonların, Aran bölgəsinin, şimal ərazilərimizin, qərb bölgəsinin və ucqar kəndlərin müəyyən sahələrdə ehtiyatları var. Ölkə üçün əhəmiyyətli məhsulların yetişdirilməsində yaxından iştirak edə bilərlər. Bu məsələdə dövlət rəhbərliyi tərəfindən qarşıya qoyulan öhdəliyin yerinə yetirilməsi vacib amildir. İcra orqanlarının fəaliyyəti də burada xüsusi yer tutur, çünki subsidiyalar, əsasən, həmin hökumət orqanları vasitəsilə təyinata doğru aparılmalıdır. İşin təşkili, insanların bu istiqamətdə səfərbər olunması, aparıcı texnoloji sistemlərin gətirilməsi icra orqanları tərəfindən həyata keçirilə bilər”.
Z. Oruc qeyd edib ki, qarşıdakı ildə də büdcədə yerli gəlirlər 650 milyon manatdan artıq olmayacaq.
Bu zaman asan müqayisə etmək olar ki, 40 milyard manatdan artıq vəsait xərclənib, dəfələrlə az gəlir əldə olunursa, burada israfçılığın yüksək səviyyədə olması danılmazdır. Paytaxtın gözəlləşdirilməsi qarşılığında bölgələrin kənarda, Sovet dövründəki kimi qalması fonunda yanaşma olmayıb, vəsaitlər qoyulub və o pullar bəhrə verməli, proqramların nəticəsi olmalıdır.Hakimiyyət orqanlarının işini effektiv qurması və idrəetmə islahatlarının davam etdirilməsi də bu sahədə çox önəmli məsələdir. Düşünürəm ki, Azərbaycanın icra orqan rəhbəri olaraq cənab prezident böyük bir lider kimi qarşıdakı dövrdə hökumət və icra orqanlarının fəaliyyətini yeni dövrün tələbləri və çağırışları əsasında quracaq. Biz parlament üzvləri də bu yöndə bu islahatlara təkan vermək, onun hüquqi bazasını yaratmaq yönündə addımlar atmağa həmişə hazırıq”.
Ayyət Əhməd
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ADY Çindən bu il 416 blok-qatar qəbul edib
14:01 08.10.2026
İqtisadiyyat
Husilər Türkiyə PUA-sını vurdular
13:51 08.10.2026
Dünya
Putin İlham Əliyevlə görüşəcək
13:07 08.10.2026
Gündəm
40 minədək şəxsə əlillik təyin olunub
13:01 08.10.2026
Sosial
Bakıda 3 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib
12:53 08.10.2026
İnfrastruktur
Paşinyan: Azərbaycan əsgəri ömürlük Ermənistanda qala bilməz
12:52 08.10.2026
Aktual
Paşinyan: Sülh sazişi imzalanmalı, ratifikasiya edilməlidir
12:28 08.10.2026
Gündəm
Baş nazir: Köçəryan çoxdan həbs edilməliydi
12:19 08.10.2026
Region
Tramp Putini doğum günü münasibətilə təbrik etməyib
12:17 08.10.2026
Gündəm
Suaresdən Messiyə vida: Bu, səni daha böyük edir
12:06 08.10.2026
Futbol
Nikol Paşinyanın diplomu yoxdur?
11:43 08.10.2026
Gündəm
Tramp: İran artıq təhlükəli deyil, müharibə tezliklə bitəcək
11:16 08.10.2026
Gündəm
Pilotlar qəsdən törədib: 20 il ərzində 800-dən çox insan ölüb
11:15 08.10.2026
Hadisə