Yoxsa dünəndən qalan hansısa yeməyi isidib təzə adı ilə müştərinin, qonağın masasına gətirmək, ləyaqətsizlikdir
Zəhərlənmə halları dünyanın hər yerində olur
09:13 30.11.2018
Arxiv
419
Sadəcə, məsələ, hər bir insanın, istər sahibkar olsun, istərsə məmur, öz vəzifəsinə vicdanla yanaşmasındadı
Yoxsa dünəndən qalan hansısa yeməyi isidib təzə adı ilə müştərinin, qonağın masasına gətirmək, ləyaqətsizlikdir
Yoxsa dünəndən qalan hansısa yeməyi isidib təzə adı ilə müştərinin, qonağın masasına gətirmək, ləyaqətsizlikdir
«Ölkəmizi tanıyaq» tur-aksiyası çərçivəsində Şəkiyə səfər edən məktəblilərin hansı səbəbdən xəstəxanaya müraciət etmələri hələ də müəmmalı qalır. Əvvəlcə verilən məlumatlarda Şəkiyə səfər etmiş tur-aksiya iştirakçılarından bir müəllim və 5 şagirdin zəhərlənmə əlamətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına müraciət etdiyi bildirilmişdi. Müayinə zamanı məlum olmuşdu ki, tur-aksiyası iştirakçıları Qəbələ rayonunda qaldıqları otellərdən birində səhər yeməyi yedikdən sonra Şəkiyə gəliblər.
Biri müəllim olmaqla beş şagirddə qida zəhərlənməsi baş verib. Onlara xəstəxanada lazımi tibbi yardımlar göstərildikdən sonra vəziyyətləri qənaətbəxş olduğundan nəzarətdə olmaq şərti ilə evə buraxılıblar.
Lakin Qida Təhlükəsizliyi Agentliyi yaydığı açıqlamada zəhərlənmə faktını təkzib edib. Agentliyin məlumatında bildirilir ki, araşdırmalar zamanı agentliyin mütəxəssisləri tərəfindən götürülmüş nümunələr laborator müayinədən keçirilib. Müayinələrin nəticələrinə görə, uşaqların qidalandığı yeməklərdə insan orqanizmi üçün təhlükəli hesab edilə biləcək mikroorqanizmlər aşkar edilməyib. Eyni zamanda məktəblilərin müayinə olunduğu rayon xəstəxanasının həkimlərinin rəylərinə və laborator müayinə nəticələrinə əsasən sözügedən hadisənin qida zəhərlənməsi olmadığı müəyyən edilib.
Bəs məktəblilərin halı nədən qarışıbmış? Suala cavab tapmaq çətindir. Rəsmi orqan qida zəhərlənməsinin baş vermədiyini deyir. Amma ortada xəstəxanaya müraciət etmiş müəllim və şagirdlər var.
İqtisadçı Fuad İbrahimov isə «Şərq»ə açıqlamasında oxşar halların istənilən ölkədə baş verə biləcəyini bildirdi:
- Nəzərə almaq lazımdır ki, bu hadisə fors-major halıdır. Yəni, belə hallar istənilən ölkədə, istər inkişaf etmiş, istərsə inkişaf etməmiş, yaxud qida məsələlərində islam qaydalarına riayət edilən və ya edilməyən ölkələrdə baş verə bilir. Qidaya hardansa bir mikrob düşür, bununla da qidanın tərkibi dəyişir və insan orqanizminə zərər verəcək hala gəlir. Hətta ən yüksək səviyyədə qorunan, sanitar-gigiyenik qaydalara ciddi riayət edilən iaşə obyektlərində bəzən belə hallar baş verir. Birbaşa mətbəxdə qidaya mikrob düşməsi, qida çirklənməsi olur. Yadınıza salım, Bakının ən nüfuzlu, hörmətli restoranlarından birində bir müddət əvvəl qida zəhərlənməsi baş vermişdi. Hətta ölüm halı oldu. Bakı şəhər Prokurorluğunda bununla bağlı cinayət işi açılıb, indi də istintaq davam edir. Yəni belə halların baş verməsi istisna deyil. Sadəcə, məsələ, hər bir insanın, istər sahibkar olsun, istərsə məmur, öz vəzifəsinə vicdanla yanaşmasındadı. İlk növbədə vətəndaşlıq borcu yerinə yetirilməlidir. Sahibkardan çox şey asılıdır. Sahibkar düşünməlidir ki, sahibi olduğu obyekt, müəssisə neçə-neçə insana xidmət edir. Sahibkar düzgünlüyə, halallığa üstünlük verməlidir. Yoxsa dünəndən qalan hansısa yeməyi isidib təzə adı ilə müştərinin, qonağın masasına gətirmək, ləyaqətsizlikdir. İnsan düşünməlidir ki, etdiyim bu hərəkətlə sabah özüm də qarşılaşa bilərəm. Qidanın keyfiyyətinə önəm verilməlidir. Ucuzluğu əsas götürüb keyfiyyətsiz ərzaqlar alınmamalıdır. Ərzağın, hazır qidaların, yarım-fabrikatların saxlanma şəraiti düzgün olmalıdır. Şükür ki, hazırda qida məsələlərində nəzarət funksiyasını həyata keçirəcək bütün strukturlar var. Onlar da öz vəzifələrini vicdanla yerinə yetirməlidir.
F.İbrahimov vətəndaşlara da tövsiyə etdi:
- Əhali də gərək diqqətli olsun. Xüsusilə səfərə çıxanda. Tez xarab olan, tərkibi dəyişə biləcək ərzaqları özləriylə götürməməlidirlər. Dünyada tur-səyahətlərlə bağlı çox ciddi şərtlər mövcuddur. Mən xarici ölkələrə səfərlərdə oluram. Məsələn, dəniz səyahətlərində turistlərə hətta özləriylə adi, içməli su götürməyə də icazə vermirlər. Gəmiyə minəndə su şüşələri turistlərin əlindən müsadirə olunur. Bunu kənardan gəmiyə hər hansı mikrob, bakteriya daxil ola bilməsin deyə edirlər. Amma bizim insanlarımız bir qədər fərqli xüsusiyyətlərə malikdir.
Biz özümüzlə götürdüyümüz qidanı ətrafdakılarla paylaşmağı sevirik. Əliaçığıq. Amma düşünmürük ki, çantamızda gəzdirdiyimiz qida xarab da ola bilər və istəmədən kiminsə mədə-bağırsaq sisteminin pozulmasına səbəb ola bilərik. Ona görə də istər böyüklər, istər kiçik yaşlılar olsun, səyahətə çıxarkən ehtiyatı əldən verməməlidirlər.
Məlahət Rzayeva
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Yusif Dursunov Avropa çempionu olaraq adını tarixə yazdırdı -FOTO
16:02 04.09.2026
İdman
Bakıda III Beynəlxalq Ailə Hüququ Konfransı keçirilib - FOTO
15:56 04.09.2026
Aktual
Vaqif Sadıqov Azərbaycanın İsveçrədəki səfiri təyin edilib
15:17 04.09.2026
Gündəm
Avropa İttifaqı və Rusiya 2030-cu ilədək müharibəyə başlaya bilər
15:01 04.09.2026
Dünya
ABŞ 101 haitilini ölkədən deportasiya etdi
14:54 04.09.2026
Dünya
Putin MDB ölkələrinə çağırış etdi
14:37 04.09.2026
Dünya
Payız fəsli Azərbaycana sentyabrın 23-ü daxil olacaq
12:56 04.09.2026
Ekologiya
ADY 8 ayda yeddi milyondan çox sərnişin daşıyıb
12:55 04.09.2026
İnfrastruktur
ABŞ hərbçiləri İran sərhədinə gəlir? - Rusiyadan XƏBƏRDARLIQ!
12:52 04.09.2026
Gündəm
Sabah 35 dərəcə isti olacaq
12:50 04.09.2026
Ekologiya
Türkmənistan Prezidenti Ermənistana səfər edəcək
12:28 04.09.2026
Gündəm
Bakıda arvadını ölümlə hədələyən kişi həbs edildi – TƏFƏRRÜAT
11:42 04.09.2026
Hadisə
Tramp Azərbaycanla bağlı paylaşım etdi
11:40 04.09.2026
Gündəm