Zukerberq milyarderlər siyahısında 3-cü yerə yüksəldi
09:26 09.07.2018
Arxiv
611
"Facebook” şirkətinin yaradıcısı və rəhbəri Mark Zukerberq "Bloomberg”in versiyasına əsasən dünyanın ən zəngin adamlarının yenilənmiş siyahısında 3-cü olub.
İKT.lent.az-ın xəbərinə görə, ilin əvvəlindən bəri M. Zukerberqin sərvətinin miqdarı 8,8 milyard artaraq 81,6 milyard dollara çatıb. Nəticədə o, sərvəti 4,1 milyard dollar azalaraq 81,2 milyarda düşən məşhur investor Uorren Baffeti ötüb.
Siyahının ilk sırasında "Amazon”un sahibi Ceff Bezos (142 milyard dollar), 2-ci sırasında isə "Microsoft”un sahibi Bill Geyts (94,2 milyard dollar) yer alıb.
M. Zukerberqin sərvəti "Facebook” səhmlərinin bahalaşması sayəsində artıb. Şirkət səhmləri ötən cümə günü 2,4% bahalaşaraq 203,23 dollara çatıb. Halbuki martın sonlarında istifadəçi məlumatlarının sızması ilə əlaqədar səhmlərin dəyəri 152,2 dollara düşmüşdü.
İyun ayında "Instagram TV”nin istifadəyə veriləcəyi açıqlandıqdan sonra səhmlərin qiyməti qalxıb və M. Zukerberqin sərvəti də 1,7 milyard dollar həcmində yüksəlib.
Qeyd edək ki, "Forbes”un milyarderlər siyahısında M. Zukerberq 5-ci sıradadır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat
NBC: Demokratlar Nümayəndələr Palatasında 258 yer qazana bilər
14:42 04.11.2026
Aktual
KTMT Ermənistanı təşkilatda səsvermə hüququndan məhrum edə bilər
14:21 04.11.2026
Region
Zelenski Melaniya Trampı təltif etdi
13:48 04.11.2026
Dünya
Tramp üçün "topal ördək" mərhələsi başlaya bilər -ŞƏRH
13:42 04.11.2026
Aktual