Konkret yol xəritəsi də ortaya qoyulub
Konkret yol xəritəsi də ortaya qoyulub
Yusif Nəzərli
03:12 17.01.2023
Aktual
1562
Yaxın gələcəkdə Qərbi Azərbaycana qayıdış prosesi başlayacaq
Qərbi Azərbaycan İcması indiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların beynəlxalq konvensiyalara əsasən, geriyə qayıtmaq hüququ əsasında işini davam etdirir. İcmadan bildirilib ki, geniş ictimaiyyət bu məsələyə yaxından maraq göstərir. Vurğulanıb ki, alimlər, mütəxəssislər, sadə vətəndaşlar İcma ilə əlaqə saxlayaraq konsepsiyaya dair öz düşüncə və təkliflərini təqdim edirlər. Daxil olan ideya və təkliflər layihənin hazırlanması işində faydalı olub. Bununla əlaqədar olaraq, İcma ictimaiyyətə müraciət edərək, “Qayıdış Konsepsiyası”nın layihəsinə dair təkliflərini təqdim etməyə çağırıb. Müraciətdə qeyd olunub ki, beynəlxalq ümumi hüquq, humanitar hüquq, insan hüquqları, postmünaqişə dövründə reabilitasiya və reinteqrasiya, qaçqınların hüquqları kimi mövzularda ixtisaslaşmış mütəxəssislərin rəy və təkliflərinə xüsusilə böyük ehtiyac var.
Təkliflər Azərbaycan, ingilis, rus, fransız və ya alman dillərinin birində təqdim edilə bilər. Xatırladaq ki, Qərbi Azərbaycan İcması bir neçə gün əvvəl beynəlxalq təşkilatlara çağırış edərək Ermənistan hökuməti qarşısında tələblər irəli sürmüşdü.
Millət vəkili, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı "Şərq"ə açıqlamasında bildirib ki, Qərbi Azərbaycan İcmasının son günlər sərgilədiyi fəallıq Prezident İlham Əliyevin ötən ilin dekabrın 24-də İcmanın bir qrup ziyalıları ilə görüşdə qarşıya qoyduğu vəzifələrin məntiqinə, mahiyyətinə söykənir.
Deputat deyib ki, dövlət başçısı həmin görüşdə açıq şəkildə Qərbi Azərbaycanın tarixi torpaqlarımız olması haqqında konkret və birmənalı fikrini ortaya qoydu:
"Eyni zamanda tarixi ədalətə, hüquqa söykənərək həmin torpaqlara qayıdışımızın vacibliyini önə çəkdi. Bunun üçün konkret yol xəritəsini də ortaya qoydu. Həmçinin Qərbi Azərbaycan İcmasının qarşısında duran vəzifələri detallaşdırdı. Xüsusilə söylədi ki, Qayıdışla bağlı ayrıca bir konsepsiya hazırlanmalıdır. Dövlət başçısının görüşündən və orada önə çəkdiyi məsələlərdən sonra Qərbi Azərbaycan İcması üzərinə düşən vəzifələri yerinə yetirmək üçün təbii olaraq fəal şəkildə hərəkətə keçdi.
Artıq bu istiqamətdə proseslər gedir. Bununla bağlı müxtəlif görüşlər keçirilib, qurumlar, komissiyalar yaradılıb. Həmçinin müraciətlər yayılıb. Həmin müraciətlərdə Qərbi Azərbaycan İcmasının qarşısında duran vəzifələrə həm beynəlxalq təşkilatlar, həm də dövlətimiz səviyyəsində lazım olan dəstəyin verilməsi məsələsi əks olunub. Eyni zamanda Ermənistan hökuməti qarşısında tələb qoyulub ki, beynəlxalq hüquq normalarına söykənərək Qərbi azərbaycanlıların öz yurdlarına qayıdışının reallaşması üçün normal şərait yaratsın".
Parlament üzvü bəyan edib ki, digər sahələrdə də proses gedir:
"Cənab Prezidentin dediyi kimi,bununla bağlı yeni ədəbiyyatlar, kitablar hazırlanmalı, elektron səhifələr açılmalı, rəqəmsal portallar yaradılmalıdır.
Əldə olan bütün materiallar müxtəlif dillərdə dünya ictimaiyyətinə çatdırılmalıdır. Qərbi Azərbaycandakı tarixi abidələrimizin izi də qalmayıb.
Erməni vəhşiliyi onları yerlə-yeksan edib. Ancaq tarixi faktlarda, ayrı-ayrı Avropa ölkələrinin səyyahlarının arxivlərində həmin tarixi abidələrin fotoları var. Bunların hamısı toplanaraq arqumentləşdirilmiş şəkildə, hüquqi əsaslandırılmış formada dünya ictimaiyyətinin diqqətinə çatdırılmalıdır.
Hər zaman Ermənistanın yanında duran, ermənilər qədər faşist düşüncələr daşıyan Fransa kimi ölkələri də tarixi faktlarla, arqumentlərlə susdurmalıyıq. Hesab edirəm ki, yaxın gələcəkdə, bir neçə ildən sonra qayıdış prosesi başlayacaq".
Oxşar xəbərlər
Göy məscidin iclas zalına erməni şairinin adı verildi - Dilqəm Əhməddən SƏRT ETİRAZ
18:39 12.11.2026
Artıq təkcə ev-eşik deyil, brend və nüfuz da pulla ölçüləcək - Qiymətləndirmədə yeni dövr
16:42 12.11.2026
Xəbər lenti
Hamısına bax
Məhkəmə general-mayor Natiq Əliyevin qızı ilə bağlı qərar verdi
18:48 12.11.2026
Hadisə
Ağ Evin yaxınlığında silahlı insident: azı 4 nəfər yaralanıb
18:33 12.11.2026
Dünya
Rusiya Prezidenti: Ukraynada əbədi sülh istəyirəm
18:20 12.11.2026
Gündəm
“Nvidia” rəhbəri Yensen Huanq istefa verib
18:14 12.11.2026
Dünya
Paşinyan və nazirlərin maaşlarının artırılması təxirə salındı
17:59 12.11.2026
Region
ABŞ Avropa ilə yeni təhlükəsizlik arxitekturasını müzakirə edir
17:55 12.11.2026
Gündəm
Tramp: İranla razılaşmaya ehtiyacımız yoxdur
17:35 12.11.2026
Gündəm
AZAL-ın gənc pilotu təlim uçuşlarını başa vurub - FOTO
17:15 12.11.2026
Gündəm
Bir ailənin 9 üzvü plov və pomidor turşusundan zəhərləndi
17:13 12.11.2026
Hadisə
Sona Qazaryan: KTMT artıq özünü tükədib
16:45 12.11.2026
Gündəm
Prezident İlham Əliyev Dublində Maya Sandu ilə görüşüb
16:21 12.11.2026
Gündəm
Prezident İlham Əliyev Dublində mühüm tədbirdə iştirak edir
16:03 12.11.2026
Gündəm