Çin şirkəti sürücüsüz taksi üçün Avropaya açılır
12:06 14.05.2025
Texnologiya
407
Hədəflər arasında Türkiyə də var!
Çinin texnologiya nəhəngi “Baidu”, sürücüsüz taksi xidməti olan “Apollo Gon”u ilk dəfə Avropada sınaqdan keçirməyə hazırlaşır. Türkiyə də şirkətin hədəf bazarları arasında yer alır.
Sherg.az xəbər verir ki, Çin mərkəzli internet və texnologiya şirkəti Baidu, ölkə daxilindəki sərt rəqabətə qarşı qlobal bazarlara açılma strategiyasını sürətləndirir.
ABŞ-nin “Wall Street Journal” qəzetinin xəbərinə görə, şirkət sürücüsüz nəqliyyat xidməti “Apollo Gon”u ilk dəfə Avropada sınaqdan keçirmək üzrədir və Türkiyədə də oxşar bir təşəbbüs planlaşdırır.
Məsələyə yaxın mənbələrin bildirdiyinə görə, “Baidu”, İsveçrənin ictimai nəqliyyat təminatçısı olan “PostAuto” ilə danışıqlar aparır. Şirkətin yaxın aylarda İsveçrədə yerli bir qurum yaradaraq, ilin sonuna qədər sürücüsüz avtomobil texnologiyasını test etməyə başlayacağı gözlənilir.
Eyni mənbələr “Baidu”nun Türkiyə bazarına da daxil olmağı planlaşdırdığını qeyd edir. Beləliklə, Çinli şirkət Yaxın Şərq, Yaponiya, Sinqapur və Avropadan sonra Türkiyədə də avtonom sürücülük texnologiyasını işə sala bilər.
Çinli və amerikalı şirkətlər, robotaksi və inkişaf etmiş sürücü dəstək sistemləri vasitəsilə sürücüsüz avtomobil texnologiyalarını ticariləşdirməyə çalışırlar.
Teslanın baş direktoru Elon Mask da iyun ayında Texasda robotaksi xidmətinə başlamağı planlaşdırdıqlarını açıqlamışdı.
Lakin mütəxəssislər xüsusilə Avropada robotaksi xidmətlərinin təhlükəsizlik və tənzimləmə prosesləri baxımından müxtəlif çətinliklərlə qarşılaşa biləcəyinə diqqət çəkirlər.
Morningstar analitiki Kai Vang, “Təhlükəsizlik testlərinin tənzimləyiciləri inandırması zaman ala bilər” deyə bildirib.
“Baidu”nun rəqibləri də qlobal bazarda aqressiv addımlar atır. Çinli WeRide, İsveçrə və Fransada pilot layihələrə başlayıb. Uber isə Çinli startaplar olan Momenta və Pony AI ilə birlikdə Yaxın Şərq və Avropada robotaksi əməliyyatlarını genişləndirməyi planlaşdırır.
“Baidu”nun mart ayında açıqladığı başqa bir plana görə, Dubayın şəhər mərkəzinə bu il içində 100 sürücüsüz avtomobil yerləşdirilməsi, bu sayın 2028-ci ilə qədər minə çatdırılması hədəflənir. Şirkət həmçinin dekabrda başladığı Honq Konq testlərini inkişaf etdirərək sürücüsüz avtomobillərlə sərnişin daşımağı planlaşdırır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Cici Hadid qızı və bacısı ilə tətildə
06:06 11.08.2026
Şou
Mütəxəssislər açıqladı: İdeal yuxu müddəti 7 saat 48 dəqiqədir
05:25 11.08.2026
Sağlamlıq
ABŞ-də son 132 ilin istilik rekordu qırılıb
04:50 11.08.2026
Ekologiya
Rusiya Kiyevə ballistik raketlərlə hücum edib
04:14 11.08.2026
Aktual
Venesuelada zəlzələ qurbanlarının sayı 6 300 nəfərə çatıb
02:22 11.08.2026
Dünya
Ərəbistan vəhhabilikdən imtina edir
01:50 11.08.2026
Cəmiyyət
Azərbaycan-Ermənistan sərhədində zəlzələ olub
00:22 11.08.2026
Hadisə
İngiltərənin 71,3 faizində rəsmi olaraq quraqlıq elan edilib
23:57 10.08.2026
Dünya
"Bazel" - "Barselona" oyunu üçün bilet satışı dayandırıldı
23:35 10.08.2026
Futbol
Tramp İranla danışıqlara kompensasiya tələbini daxil etdi
22:13 10.08.2026
Gündəm
Türkiyə sahillərində PUA olduğu ehtimal edilən obyekt aşkarlanıb
21:37 10.08.2026
Hadisə
İranda Silahlı Qüvvələrə 6 yüksək rütbəli komandan təyin edilib
21:20 10.08.2026
Gündəm
Ərdoğan Aİ-yə mesaj verdi: “Vizasız rejim hamının marağındadır”
20:54 10.08.2026
Gündəm