Almaniyada olan Azərbaycan vətəndaşları geri qaytarılır
12:20 26.12.2019
Cəmiyyət
600
Bu ilin yanvar-oktyabr aylarında 20 996 nəfər Almaniyadan deportasiya edilib. Almaniya Federal Daxili İşlər Nazirliyindən verilən məlumatda deyilir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1000 nəfər azalma deməkdir.
Nazirliyin məlumatında bildirilir ki, hazırda aralarında Azərbaycan vətəndaşlarının olduğu 248 min sığınacaq axtaran ölkənin müxtəlif şəhərlərində yerləşən 577 deportasiya mərkəzində saxlanılır. Onlardan ən böyüyü 1250 nəfərlik Deggendorf deportasiya mərkəzidir.
Buraya yerləşdirilən və deportasiya ediləcək olan sığınacaq axtaranların 50 %-i əsasən, Azərbaycan, Gürcüstan, Ermənistan, Əfqansıtan, Nigeriya, Mali kimi Cənubi Qafqaz və Afrika ölkələrindən gələnlərdir.
Məlumatda vurulanır ki, həbsxana tipli deportasiya mərkəzlərinin yeddisi Bavariya əyalətində yerləşir.
Federal Nazirliyikdən bildirilib ki, bu il deportasiya edilən şəxslərin sayının keçən illə müqayisədə az olmasının səbəbləri sırasında planlaşdırılan uçuşların ləğv edilməsi, eyni zaman deportasiya ediləcək şəxslərin qaldıqları mərkəzləri icazəsiz olaraq tərk etmələri və oraya qayıtmamaları gəlir.
Həm də yanvar-oktyabr aylarında federal polis Almaniyaya 32 945 icazəsiz girişi müəyyən edib.
Federal polisin bildirdiyinə görə, bu ilin ilk üç rübündə qanunsuz olaraq ölkəyə gələnlər Almaniyanın hava limanları (9183 nəfər), Almaniya-Avstriya sərhədi (8444) və Almaniya-Çexiya sərhədindən (3560) istifadə ediblər . Qeyri-qanuni olaraq gələnlərin əksəriyyəti Əfqanıstan (2 399 nəfər), Nigeriya (2 133), Türkiyə (1 721), Suriya (1 691), Albaniya (1 682) və İraq (1 651) vətəndaşları olublar.(Report)
Mövzu ilə bağlı Almaniya Miqrasiya və Qaçqınlarla iş üzrə Federal İdarədən (BAMF) bildirilib ki, bu il iyun ayının sonuna kimi aralarında 145 min sığınacaq istəyinin rədd edilən şəxs olmaqla, ümumilikdə 246 700 nəfər ölkədən çıxarılmalı idi. Onlardan 119 mini haqqında qərar dəyişilib və qısa müddət üçün deportasiya prosesi dayandırılıb. 2020-ci ilə kimi Suriyaya deportasiya dayandırılıb. 21 mindən çox sığınacaq axtaran şəxs isə, könüllü olaraq öz ölkələrinə ayıdıblar.
Beynəlxalq Miqrasiya Təşkilatının son hesabtın görə, hazırda aktiv olan “Start Hilfe Plyus” kimi könüllü qayıdış proqramlarından yararlanaraq ölkələrinə qayıdanların 60%-i Ermənistan, Azərbaycan və İraq vətəndaşlarıdır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır
19:06 08.11.2026
Ekologiya
Moskvada yeni dəb: Mənzil almadan bahalı evləri gəzməyə gedirlər
18:52 08.11.2026
Maraqlı
Arda Gülərə tərif yağışı: "“Real Madrid"in vitamin mənbəyidir!”
18:42 08.11.2026
Futbol
Ədliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
18:20 08.11.2026
Gündəm
Xankəndidən verilən Zəfər mesajı -TƏHLİL
18:07 08.11.2026
Aktual
Böyük Britaniya Kralı ilk dəfə Çinə səfər edə bilər
17:56 08.11.2026
Dünya
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya