"Azərbaycan Dəmir Yolları" gücləndirilmiş iş rejiminə keçir
07:18 25.12.2019
Cəmiyyət
488
"Azərbaycan Dəmir Yolları" QSC-nin kollektivi Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il bayramı ilə əlaqədar gücləndirilmiş iş rejimində çalışacaq.
QSC-dən verilən məlumata görə, belə ki, bayram və istirahət günlərində sərnişinlərin Bakıdan Tbilisiyə və geriyə daşınması üçün dekabrın 27-də, 28-də, 29-da, 30-da və yanvarın 1-də, 2-də, 3-də və 4-də xəttə əlavə qatarlar qoşulacaq. Həmçinin Tbilisidən geriyə qayıdan sərnişinlər üçün 28, 29, 30, 31 dekabr və 1, 2, 3, 4, 5 yanvar tarixlərində Bakı-Tbilisi-Bakı beynəlxalq qatarının tərkibinə vaqonlar əlavə ediləcək.
Belə ki, dekabrın 27-də, 28-də, 29-da və yanvarın 1-də qatar 10-15 vaqonla yola düşəcək. Hər reysdə 400-600 sərnişinin daşınması nəzərdə tutulur. Dekabrın 30-da isə Bakı-Tbilisi qatarı maksimum sayda – 22 vaqonla təxminən 860 sərnişinlə hərəkət edəcək.
Geriyə Tbilisidən sərnişin axını əsasən 2, 3, 4 və 5 yanvar 2020-ci il tarixlərində gözlənilir.
Respublika daxilində sərnişin sıxlığının artdığını nəzərə alaraq, yerli istiqamətdə sərnişinlərin daşınmasını təmin etmək məqsədilə dekabrın 27-dən, 4 yanvar tarixi daxil olmaqla Bakı-Böyük Kəsik sürət və Bakı-Balakən-Bakı sərnişin qatarlarına əlavə plaskart tipli vaqonlar qoşulacaq.
Bakı-Gəncə-Bakı istiqamətində sərnişinlərin daşınmasına artan təlabatı təmin etmək məqsədilə, dekabrın 31-də Bakıdan həmin marşrut üzrə bir əlavə reys təyin ediləcək. Saat 8:00-da Bakıdan yola düşəcək qatar saat 11:45-də Gəncəyə çatacaq. Saat 16:00-da isə Gəncədən yola düşəcək və saat 19:45-də Bakıda olacaq.
"Bir daha sərnişinlərin nəzərinə çatdırırıq ki, yerli istiqamətdə hərəkət edən sərnişin qatarlarına biletlər 10 gün, beynəlxalq istiqamətə isə 30 gün əvvəldən satışa çıxarılır. Əlavə vaqonlara isə bilet satışı həmin vaqonlar qatara qoşulan gün həyata keçirilir", - deyə QSC-dən bildirilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır
19:06 08.11.2026
Ekologiya
Moskvada yeni dəb: Mənzil almadan bahalı evləri gəzməyə gedirlər
18:52 08.11.2026
Maraqlı
Arda Gülərə tərif yağışı: "“Real Madrid"in vitamin mənbəyidir!”
18:42 08.11.2026
Futbol
Ədliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
18:20 08.11.2026
Gündəm
Xankəndidən verilən Zəfər mesajı -TƏHLİL
18:07 08.11.2026
Aktual
Böyük Britaniya Kralı ilk dəfə Çinə səfər edə bilər
17:56 08.11.2026
Dünya
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya