Azərbaycanda əlillik dərəcəsinin verilməsi meyarları dəyişdi
10:15 01.01.2020
Cəmiyyət
572
Bu gündən etibarən Azərbaycanda əlilliyin müəyyən olunması üzrə yeni meyarlar qüvvəyə minib. Oxu.Az xəbər verir ki, bu barədə məlumat Nazirlər Kabinetinin təsdiqlədiyi “Əlilliyin müəyyən olunması meyarları”na dair Əsasnamədə öz əksini tapıb.
Əsasnəmə Beynəlxalq Səhiyyə Təşkilatının XBT əsasında xəstəliklərin bölgüsünün aparılması, insan orqanizminin funksiyalarının sabit pozuntularının geniş və təfsilatlı təsvirinin verilməsi, insan orqanizminin funksiyalarının sabit pozuntularının 10-100% diapazonunda qiymətləndirilməsi və bundan irəli gələrək FBT əsasında özünəqulluq, sərbəst hərəkətetmə, istiqamət seçmə, ünsiyyət, davranışına nəzarət etmə, öyrənmə, əmək fəaliyyəti bacarıqları kmi insanın həyat fəaliyyətinin yeddi əsas kateqoriyasının məhdudlaşma dərəcəsi əsas götürülməklə əlilliyin müəyyən olunmasına dair meyarları özündə ehtiva edir.
Xatırladaq ki, 1 yanvar 2020-ci ilə qədər əsas götürülən meyarlara görə əlilliyi olan şəxslərə l, ll və lll dərəcə təyin olunub və l dərəcəyə aid olan vəziyyəti ağır, kənar şəxsin qulluğuna ehtiyacı olan xəstələrlə, kənar şəxsin daimi qulluğundan tam asılı olan xəstələr arasında heç bir fərq qoyulmayıb.
Lakin bu gündən qüvvəyə minən yeni meyarlar xəstəliyin ağırlığını, gedişatın formasını, prosesin aktivliyini, kəskinləşmələrin tezliyini, patoloji prosesin baş verdiyi orqanların əhatə dairəsini daha obyektiv qiymətləndirməyə imkan verəcək.
Meyarlar həyat fəaliyyətinin əsas kateqoriyalarının məhdudlaşma dərəcəsi nəzərə alınaraq daha obyektiv qiymətləndirmə aparmağa imkan yaradacaq. Beləliklə, insan orqanizminin funksiya pozuntusu haqqında dəqiq qərar çıxarılacaq.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır
19:06 08.11.2026
Ekologiya
Moskvada yeni dəb: Mənzil almadan bahalı evləri gəzməyə gedirlər
18:52 08.11.2026
Maraqlı
Arda Gülərə tərif yağışı: "“Real Madrid"in vitamin mənbəyidir!”
18:42 08.11.2026
Futbol
Ədliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
18:20 08.11.2026
Gündəm
Xankəndidən verilən Zəfər mesajı -TƏHLİL
18:07 08.11.2026
Aktual
Böyük Britaniya Kralı ilk dəfə Çinə səfər edə bilər
17:56 08.11.2026
Dünya
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya