Bakıda keyfiyyətsiz içkidən zəhərlənib ölənlərlə bağlı rəsmi açıqlama verildi
08:39 25.12.2019
Cəmiyyət
601
Ötən gün iaşə obyektlərində baş verən və ölümlə nəticələnən zəhərlənmə faktı ilə bağlı araşdırma hələ yekunlaşmayıb. Bunu Oxu.Az-a açıqlamasında AQTA-nın sədr müşaviri Elxan Mikayılov deyib.
O bildirib ki, zəhərlənmə faktı ilə bağlı hadisələrin nisbətən çoxalması təəssüf doğurur:
“Cari il ərzində 694 ümumi zəhərlənmə faktı olub. Alkoqollu içkilərdən zəhərlən halları daha əvvəllər də müşahidə edilirdi, bu gün də müşahidə edilir.
Azərbaycanda zəhərlənmə stastistikasının böyük hissəsini məişət şəraitində zəhərlənmələr təşkil edir. Xüsusilə kustar üsulla qablaşdırılmış turşulardan zəhərlənmələr ümumi zəhərlənmə faktlarının təxminən 90 faizini təşkil edir.
Bunlar arasında ictimai iaşə obyektlərində alkoqoldan zəhərlənmələr daha azdır. Ancaq narahatedici məqamlar çox olduğundan biz bu istiqamətdə işlər aparırıq”.
Qeyd edək ki, dünən Bakıda iki nəfərin texniki spirtdən hazırlanmış keyfiyyətsiz viskidən zəhərlənərək ölməsi, bir nəfərin isə kor olması barədə məlumat yayılıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Vərəmlə bağlı ictimai dinləmə keçiriləcək
14:25 17.09.2026
Sağlamlıq
Paşinyan rus dili kursuna gedir
13:06 17.09.2026
Region
Prezident və birinci xanım Şamaxı rayonuna səfər ediblər
13:05 17.09.2026
Gündəm
Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb
13:02 17.09.2026
Aktual
Tacir Şahmalıoğlu tanınmaz halda - Foto
11:55 17.09.2026
Şou
Rusiyada ayı giləmeyvə yığan iki kişini parçalayıb
11:37 17.09.2026
Hadisə
Putinlə Zelenski bir-birinə nifrət edir - Tramp
11:09 17.09.2026
Dünya
Bu il neçə üçəm doğulub?
10:57 17.09.2026
Cəmiyyət