Bakının memarlığı itib: Paytaxt iflic hala düşüb
Turan
07:35 26.12.2019
Cəmiyyət
906
İcra hakimiyyətlərinin bir sıra səlahiyyətləri ləğv olunub. Belə ki, Bakı şəhər rayonlarının İcra hakimiyyətlərinin mülki, mənzil və şəhərsalma və tikinti qanunvericiliklərinin tələblərinə əməl etməklə, şəhərin ümumi görünüşünə xələl gətirən, qəzalı vəziyyətdə olan və mövcud şəhərsalma normalarına cavab verməyən yaşayış binaları, sosial və digər təyinatlı qeyri-yaşayış obyektlərinin sökülməsi və yenidən qurulması sahəsində səlahiyyətləri ləğv edilib.
Bundan əlavə ərazi və ərazi hissələrinin müfəssəl planlarının hazırlanması və təsdiqi, habelə yeni tikiləcək yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin layihələrinə razılıq, tikintiyə və tikinti obyektinin istismarına icazənin verilməsi səlahiyyətləri də icra hakimiyyətlərinin əlindən alınıb. Məlumdur ki, sözügedən məqamlarla bağlı yerli icra hakimiyyətlərindən ciddi narazılıqlar, şikayətlər var idi. Bu baxımdan hesab edilir ki, daha çox siyasi struktur hesab edilən icra hakimiyyətlərindən həmin səlahiyyətlərin alınması mövcud problemləri də aradan qaldıracaq.
Yeniliyi “Şərq”ə dəyərləndirən “Altay” Sosial-İqtisadı Araşdırmalar Mərkəzinin rəhbəri Elçin Bayramlı dəyişikliyin təqdirəlayiq addım olduğunu deyib. Ekspertin sözlərinə görə, bəzi icra hakimiyyətlərinin özbaşınalığı əlavə problemlər yaradıb:
“Onlar ölkədə korrupsiya səviyyəsini artırıb, sosial narazılığı gücləndiriblər. Elə paytaxtdakı biabırçı vəziyyətə baxmaq kifayətdir, şəhər memarlığı itib, sıx yüklənmə şəhəri iflic vəziyyətə salıb, kommunal sistemlər öhdəsindən gələ bilmir. Üstəlik, icra hakimiyyətlərinə ictimai nəzarət də sıfır səviyyəsindədir. Ona görə də bir çox səlahiyyətlərinin alınaraq müvafiq mərkəzi icra orqanlarına və bələdiyyələrə verilməsi məqsədəuyğundur. Bundan başqa, mərkəzi və yerli icra hakimiyyəti orqanlarına ictimai nəzarət imkanları artırılmalıdır. İndiyədək, bunların əhaliyə və dövlətə vurduğu zərər həmin icra hakimiyyətləri rəhbərliyinin bütün əmlakı və maliyyə vəsaitlərinin müsadirə olunması ilə kompensasiya olunmalıdır”.
E.Bayramlı bildirib ki, qanunsuzluq halları aşkar olunduqca məsələyə yenidən baxılmalı, ədalət və hüququn tələbləri təmin olunmalıdır:
“Vətəndaşlara dəyən zərər ödənilməlidir. İcra hakimiyyətlərinin bəzi səlahiyyətləri tədricən alınaraq bələdiyyələrə verilməlidir. Bələdiyyəyə ictimai nəzarət daha asandır və onların fəaliyyətində əhalinin iştirakı, şikayət, təklif və təşəbbüslərinin nəzərə alınması daha rahatdır. Bir sözlə, bələdiyyə institutunun fəaliyyəti gücləndirilməli, səlahiyyətləri artırılmalıdır. İdarəetmə mexanizmi dəyişməli, dövlət institutları ilə əhali arasında qarşılıqlı münasibətlər əsasında fəaliyyət təmin olunmalıdır. Dövlət başçısı bu istiqamətdə fundamental islahatlar aparır və əminəm ki, bu, tezliklə öz müsbət nəticəsini göstərəcək”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır
19:06 08.11.2026
Ekologiya
Moskvada yeni dəb: Mənzil almadan bahalı evləri gəzməyə gedirlər
18:52 08.11.2026
Maraqlı
Arda Gülərə tərif yağışı: "“Real Madrid"in vitamin mənbəyidir!”
18:42 08.11.2026
Futbol
Ədliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
18:20 08.11.2026
Gündəm
Xankəndidən verilən Zəfər mesajı -TƏHLİL
18:07 08.11.2026
Aktual
Böyük Britaniya Kralı ilk dəfə Çinə səfər edə bilər
17:56 08.11.2026
Dünya
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya