Bakının mərkəzində böyük söküntü planı: “Gecəqondu”lar tarixə qovuşur
06:42 19.12.2019
Cəmiyyət
971
Hələ 2014-cü ildə Nəsimi rayonu İcra Hakimiyətinin başçısı Nəsib Məhəməliyevin dövründə “Papanin”, “Xutor” adlanan ərazilərdə böyük söküntü olacağı anonsu verilmişdi. Ozamankı başçı bildirmişdi ki, metro tikintisi ilə əlaqədar ərazidəki 101 fərdi ev söküləcək, sahiblərinə kompensasiya ödəniləcək.
Ərazi həm də yeni metrostansiyanın istifadəyə veriləcəyilə əlaqədar olaraq diqqət mərkəzindədir. Çünki “Bakı Metropoliteni” QSC “Papanin” adlanan ərazidə şərti adı “B3” olan (şərti adı “B3” olan və bənövşəyi xətdə yerləşən metrostansiya paytaxtın Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küçəsində, Hərbi Hospitalın yanında inşa edilir - red.) stansiyanın 2020-ci ildə istifadəyə veriləcəyini açıqlayıb.
Bəs yeni açılacaq stansiyanın ətrafındakı “gecəqondu” adlanan evlərin aqibəti necə olacaq?
Məsələ ilə bağlı Nəsimi rayonu İcra Hakimiyyətinin İnformasiya təminatı və təhlil sektorunun müdiri Elgün Əlizadə Modern.az-a bildirib ki, hələlik söküntü işləri təxirə salınıb:
“Ümumilikdə bu barədə dəqiq məlumat yoxdur. Amma böyük ehtimalla, söküntü işlərinə stansiyanın açılışından sonra baxılacaq. “Papanin”, “Xutor” ərazilərindəki söküntülər böyük layihələrdir.
Onlar planlaşdırılmalı, maliyyə ayrılmalıdır ki, söküntü işlərinə başlanılsın. Bunlar dövlət tenderləri olduğu üçün maliyyə vəsaiti tələb edilir. Qəzalı evlərin, binaların hamısı tədricən söküləcək”.
Layihənin yekunlaşmasına gəlincə, şöbə müdiri bunun işlərə başlanıldıqdan sonra bəlli olacağını diqqətə çatdırıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır
19:06 08.11.2026
Ekologiya
Moskvada yeni dəb: Mənzil almadan bahalı evləri gəzməyə gedirlər
18:52 08.11.2026
Maraqlı
Arda Gülərə tərif yağışı: "“Real Madrid"in vitamin mənbəyidir!”
18:42 08.11.2026
Futbol
Ədliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
18:20 08.11.2026
Gündəm
Xankəndidən verilən Zəfər mesajı -TƏHLİL
18:07 08.11.2026
Aktual
Böyük Britaniya Kralı ilk dəfə Çinə səfər edə bilər
17:56 08.11.2026
Dünya
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya