BNA: "Peşəkar sürücülərə ehtiyacımız var"
19:34 20.12.2019
Cəmiyyət
829
“Prezident İlham Əliyevin imzaladığı sərəncama uyğun olaraq ölkəyə 300 yeni avtobus gətirilməsi nəzərdə tutulurdu. Bu avtobuslardan 280 ədəd 12 metrlik avtobuslar artıq gətirilib. 20 ədəd 18 metrlik avtobus isə yanvarın ilk yarısında Bakıya gətirilməsi nəzərdə tutulur”.
“Report” xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev AVTO FM radiosunun efirində bildirib.
“Bakıya gətirilməyən 20 ədəd avtobus istehsal müəssəsində tam hazırdır. Onların gec çatdırılması hava şəraiti ilə əlaqədardır. Gürcüstan və Türkiyədə yerin buz bağlanmasına görə müəyyən gecikmələr var”, – deyə o, qeyd edib.
M.Ağayevin sözlərinə görə, həmin avtobuslarda sürücü işləmək üçün sürücülük vəsiqəsinin olması kifayət deyil: “Sürücülər mütləq xüsusi təlim keçməlidir. Yeni avtobusların xəttə buraxılmamasının səbəbi peşəkar sürücü çatışmazlığıdır. Bu gün bizim çox ciddi şəkildə peşəkar sürücülərə ehtiyacımız var”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Xalq artisti Şükufə Yusupova xəstəxanadan evə buraxılıb
14:45 17.09.2026
Mədəniyyət
Vərəmlə bağlı ictimai dinləmə keçiriləcək
14:25 17.09.2026
Sağlamlıq
Paşinyan rus dili kursuna gedir
13:06 17.09.2026
Region
Prezident və birinci xanım Şamaxı rayonuna səfər ediblər
13:05 17.09.2026
Gündəm
Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb
13:02 17.09.2026
Aktual
Tacir Şahmalıoğlu tanınmaz halda - Foto
11:55 17.09.2026
Şou
Rusiyada ayı giləmeyvə yığan iki kişini parçalayıb
11:37 17.09.2026
Hadisə
Putinlə Zelenski bir-birinə nifrət edir - Tramp
11:09 17.09.2026
Dünya
Bu il neçə üçəm doğulub?
10:57 17.09.2026
Cəmiyyət