Bu, yalnız aysberqin görünən tərəfidir
Yusif Nəzərli
06:24 15.02.2022
Cəmiyyət
779
Qanunsuzluğu dörd nəfər özbaşına həyata keçirə bilməz
Üzeyir Cəfərov: "Ordunun adına ləkə gətirənlər ən sərt şəkildə cəzalandırılmalıdır"
Xəbər verildiyi kimi, Dövlət Təhlükəsizliyi Xidməti Müdafiə Nazirliyində əməliyyat keçirib.
Nazirliyin Maliyyə İdarəsinin şöbə rəisi, polkovnik Xələfov saxlanılıb.
Səbail rayon Məhkəməsində onun barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.
Polkovnik Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə təqsirləndirilir. O, yarım milyon manatdan çox dövlət vəsaitini mənimsəməkdə şübhəli bilinir.
MN-nin mənimsəmədə təqsirləndirilən zabitləri Maliyyə İdarəsinin rəisi Rafael Xəlilov, N saylı hərbi hissənin maliyyə şöbəsinin rəisi Fəzail Əliyev, Quru Qoşunların maliyyə idarəsinin rəisi Bayram Bayramov və Maliyyə idarəsinin zabiti Əlizadə Vüsal Ədalət oğlu barəsində istintaq orqanının təqdimatına baxılıb.
Bakı Hərbi Məhkəməsində təqdimat təmin edilib. Təqsirləndirilən şəxslərin hər biri barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib.
Qeyd edək ki, adıçəkilən şəxslər Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat zamanı saxlanılıb. Onlar Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham edilib.
Ümumi zərərin 10 milyon manatdan çox olduğu bildirilir.
Ehtiyatda olan polkovnik, hərbi ekspert Üzeyir Cəfərov "Şərq"ə açıqlamasında bildirib ki, Müdafiə Nazirliyinin əməkdaşlarının dövlət vəsaitini mənimsəməsi çox məyusedici hadisədir: "Əfsuslar olsun ki, bəziləri öz vicdanını unudub, əqidəsindən dönərək belə bir yola əl atıblar. Bu, yalnız aysberqin görünən tərəfidir. Prosesi dörd nəfər özbaşına həyata keçirə bilməz. Çünki onların elə bir səlahiyyəti yoxdur. Yadda saxlamaq lazımdır ki, hər hansı idarənin birinci şəxsinin təsdiq olunmuş imzası və möhürü olmadığı halda ödəniş reallaşmır. Düşünürəm ki, işin hələ davamı olacaq. DTX-nin əməkdaşları həbs etdiyi şəxslərlə yanaşı, bu əməldə əli olan digər şəxslərin də müəyyən olunması üçün işlər aparacaq. Yəqin ki, bununla bağlı informasiyaları alacağıq. Əməli təkcə maliyyəçi törətməyib. Qaydaya uyğun maliyyə işləri mütəxəssisi yalnız sənəd hazırlayır. Ona birinci şəxs imza atdıqdan sonra o əməliyyatlar gerçəkləşdirilir".
Hərbi ekspert Quru qoşunların maliyyə idarəsi rəisinin addımına daha çox hiddətləndiyini qeyd edib: "Yeni yaradılan qurum, qoşun növü idi. Qısa müddət ərzində belə bir qanunsuzluq etməyə nə ehtiyac var idi? İstənilən halda xoşagəlməz bir hadisədir. Təəssüflənirəm. Çox istərdim ki, kimliyindən asılı olmayaraq bu şəxslər ən sərt şəkildə cəzalandırılsın. Onlar 44 günlük Vətən müharibəsindən sonra ordunun adına ləkə salıblar".
Sücayət Mehti
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Karapetyanların evlərində axtarış aparılır - YENİLƏNDİ
10:47 04.11.2026
Region
Qazaxda 15 yaşlı yeniyetmə həmkəndlisini bıçaqlayıb
10:21 04.11.2026
Hadisə
Obama Trampın partiyasının seçkidəki məğlubiyyətinə reaksiya verdi
10:19 04.11.2026
Gündəm
Tramp İrana yeni zərbələr endirmək planının olmadığını açıqlayıb
10:05 04.11.2026
Gündəm
CNN: Tramp seçkilərdə ən pis ssenarinin mümkünlüyünü etiraf edib
08:20 04.11.2026
Aktual
Böyrək xərçəngi yaradan – Hər gün yediyimiz 2 qida
07:17 04.11.2026
Sağlamlıq
"Sabah"ın baş məşqçisi "Vikinq"lə oyunöncəsi danışdı
06:44 04.11.2026
Futbol
Britaniya Avropa İttifaqı ilə yeni razılaşmaya hazırlaşır
06:17 04.11.2026
Dünya
Tramp demokratlara veto ilə hədə-qorxu gəldi
05:32 04.11.2026
Dünya
Billi Ayliş “Spotify”da rekord qırır
05:25 04.11.2026
Şou
Xırdalanda itkin düşən 12 yaşlı qız tapılıb - YENİLƏNİB
04:19 04.11.2026
Hadisə