Bulvarda Yeni il: Sürprizlər olacaq
09:33 18.12.2019
Cəmiyyət
700
Bu il Bulvarda yeni il daha təmtəraqlı olacaq. Bu barədə Axar.az-a Dənizkənarı Bulvar İdarəsinin Mətbuat xidmətinin rəhbəri Günay Yelmarqızı məlumat verib. O bildirib ki, Dənizkənarı Milli Park ərazisi yeni dizaynda, daha rəngarəng və müasir formada bəzədilir:
“Artıq Neftçilər prospekti boyunca və Bulvar ərazisindəki bütün şam ağacları və dirəklər çılçıraqlarla bəzədilib. Bulvar boyunca ayrı-ayrı rəngarəng kompazisiyalar qurulur.
Bayram günlərində Bulvara giriş istiqamətlərində paytaxt sakinləri və qonaqlar təmtəraqlı bəzəklərlə qarşılanacaq. Artıq Kukla Teatrının yanındakı yeraltı keçidin önündə Bulvar ərazisi istiqamətində işıqlarla bəzədilən, uzunluğu 67 metr olan tunel quraşdırılıb.
Bulvar ərazisində iki yolka quraşdırılıb. Bunlardan biri Köhnə Bulvar ərazisində “Dinamo” deyilən yerdə (təxminən 12 metr), digəri Ağ Şəhər istiqamətində, təxminən 18 metr hündürlüyündədir.
Bayram günlərində Bulvarda Yeni ilin bütün atributlarına rast gələ biləcəksiniz. Rəngarəng bəzədilmiş retro maşınlar müəyyən ərazilərdə hərəkət edəcək”.
G.Yelmarqızı gələn həftədən başlayaraq təxminən 3 həftə ərzində Kukla Teatrının arxasında yerləşən meydanda bayram proqramı təqdim olunacağını söyləyib:
“Milli Parka gələn paytaxt sakinləri və şəhərimizin qonaqlarını maraqlı sürprizlər, canlı musiqi gözləyir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğanın prezidentliyə namizədliyi sonuncu dəfə irəli sürüləcək
16:14 17.09.2026
Gündəm
Azərbaycanda DSK-lar yenidən formalaşdırılır
16:12 17.09.2026
Gündəm
Babiş: Qorxuram, dünya cəhənnəmin qapılarına yaxınlaşır
16:03 17.09.2026
Dünya
Şoyqu Ermənistana müdaxilə xəbərdarlığı etdi
15:57 17.09.2026
Dünya
Xalq artisti Şükufə Yusupova xəstəxanadan evə buraxılıb
14:45 17.09.2026
Mədəniyyət
Vərəmlə bağlı ictimai dinləmə keçiriləcək
14:25 17.09.2026
Sağlamlıq
Paşinyan rus dili kursuna gedir
13:06 17.09.2026
Region
Prezident və birinci xanım Şamaxı rayonuna səfər ediblər
13:05 17.09.2026
Gündəm
Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb
13:02 17.09.2026
Aktual