Çətir Əziz Əzizov üçün tutulmayıb — Suraxanı RİH-dən AÇIQLAMA
16:40 20.12.2019
Cəmiyyət
1100
Suraxanı Rayon İcra Hakimiyyəti (RİH) icra başçısı Əziz Əzizovun sosial şəbəkədə müzakirələrə səbəb olan fotosuna münasibət bildirib.
İcra hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Barxudar Barxudarov açıqlamasında deyib ki, bu məsələni qabartmaq düzgün deyil. Barxudarov qeyd edib ki, yağış yağanda, hər kəs çətirdən istifadə edir:
“Orada olan şəxslərdən biri çətiri özü üçün tutub, fotodan elə görünür ki, çətiri Əziz müəllim üçün tutub. Müəllim ona deməlidir ki, çətiri tutma? (Pravda.az) Buna görə hay-küy yaratmaq nəyə lazımdır ki? Əziz Əzizov Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı təyin edildikdən sonra mühüm işlər görüb, yollar, su-kanalizasiya xəttləri çəkilib. İcra başçısı insanların problemləri ilə maraqlanır, şəhid ailələrini ziyarət edir. Jurnalistlər görülən işləri qiymətləndirməlidirlər. Belə olanda yazılan yazı da oxunacaq. Biz həmişə jurnalistlərə hörmətlə yanaşmışıq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Xalq artisti Şükufə Yusupova xəstəxanadan evə buraxılıb
14:45 17.09.2026
Mədəniyyət
Vərəmlə bağlı ictimai dinləmə keçiriləcək
14:25 17.09.2026
Sağlamlıq
Paşinyan rus dili kursuna gedir
13:06 17.09.2026
Region
Prezident və birinci xanım Şamaxı rayonuna səfər ediblər
13:05 17.09.2026
Gündəm
Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb
13:02 17.09.2026
Aktual
Tacir Şahmalıoğlu tanınmaz halda - Foto
11:55 17.09.2026
Şou
Rusiyada ayı giləmeyvə yığan iki kişini parçalayıb
11:37 17.09.2026
Hadisə
Putinlə Zelenski bir-birinə nifrət edir - Tramp
11:09 17.09.2026
Dünya
Bu il neçə üçəm doğulub?
10:57 17.09.2026
Cəmiyyət