Dəmir barmaqlıqları əlləri ilə sındıran oğru evlərdən 257 min pul apardı
Yusif Nəzərli
14:10 15.02.2022
Cəmiyyət
451
Bakıda evlərdən silsilə oğurluq edən Sadiq Həsənov barəsində məhkəmə araşdırması yekunlaşıb.
“Kriminalqafqaz”ın məlumatına görə, külli miqdarda qızıl və pulu oğurlayan şəxs cinayət işi üzrə araşdırmada məlum olub ki, o ümumilikdə 15 şəxsə 257 min manatdan çox ziyan vurub.
S.Həsənov əməllərini adətən eyni ssenari üzrə gerçəkləşdirib. Belə ki, əvvəlcə Bakıda müxtəlif ünvanlarda binaların qarşısında gəzərək birinci mərtəbələrdə işıqları yanmayan evləri hədəf seçib. Mənzildə heç kimin olmadığına tam əmin olmaq üçün qapını döyüb. Cavab verən olmadığını gördükdə əməllərini reallaşdırıb. S.Həsənov dəmir barmaqlıqları əlləri ilə sındırıb. Daha sonra plastik pəncərələri vintaçanla açaraq evə daxil olub. Daha sonra evin əsas giriş qapısını arxadan bağlayıb. Bunu ona görə edib ki, ev sahibləri gələrsə, vaxt tapıb evi tərk etmək imkanı olsun. O, cinayət işi üzrə zərərçəkənlərə vurduğu 257 min manat ziyanı tam ödəyib.
Məhkəmə baxışı zamanı müəyyən edilib ki, Sadiq Həsənov 2006-cı ildə də oğurluğa görə həbs olunub.
Sadiq Həsənov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə beş il müddətinə azadlıqdan məhrum edilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Karapetyanların evlərində axtarış aparılır - YENİLƏNDİ
10:47 04.11.2026
Region
Qazaxda 15 yaşlı yeniyetmə həmkəndlisini bıçaqlayıb
10:21 04.11.2026
Hadisə
Obama Trampın partiyasının seçkidəki məğlubiyyətinə reaksiya verdi
10:19 04.11.2026
Gündəm
Tramp İrana yeni zərbələr endirmək planının olmadığını açıqlayıb
10:05 04.11.2026
Gündəm
CNN: Tramp seçkilərdə ən pis ssenarinin mümkünlüyünü etiraf edib
08:20 04.11.2026
Aktual
Böyrək xərçəngi yaradan – Hər gün yediyimiz 2 qida
07:17 04.11.2026
Sağlamlıq
"Sabah"ın baş məşqçisi "Vikinq"lə oyunöncəsi danışdı
06:44 04.11.2026
Futbol
Britaniya Avropa İttifaqı ilə yeni razılaşmaya hazırlaşır
06:17 04.11.2026
Dünya
Tramp demokratlara veto ilə hədə-qorxu gəldi
05:32 04.11.2026
Dünya
Billi Ayliş “Spotify”da rekord qırır
05:25 04.11.2026
Şou
Xırdalanda itkin düşən 12 yaşlı qız tapılıb - YENİLƏNİB
04:19 04.11.2026
Hadisə