DYP-dən qadın sürücülərə XƏBƏRDARLIQ
Yusif Nəzərli
08:43 16.02.2022
Cəmiyyət
415
Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) qadın sürücülərə xəbərdarlıq edib.
BDYPİ-dən daxil olan xəbərdarlıqda deyilir:
“Yol hərəkəti günü-gündən artan iştirakçıları ilə mürəkkəb ictimai münasibətlər sisteminə malik bir prosesdir və bu prosesdə qadın sürücülərin sayı ilbəil artmaqdadır. Belə ki, 2020-ci illə müqayisədə sürücülük vəsiqəsi alan qadınların sayı 2021-ci ildə 67 faiz artıb. Onu da qeyd etməliyik ki, nəzəri imtahanlar zamanı yol hərəkəti qaydaları ilə bağlı suallara daha tez və düzgün cavab verən, həmçinin təcrübi imtahanlarda yüksək nəticələr göstərən qadın sürücülərimiz də az deyil.
Əslində, qanunvericilikdə nəqliyyat vasitələri sürücülərinin cins fərqi, bu fərqin yaratdığı hüquq və ya vəzifələr, eləcə də məsuliyyətlə bağlı hər hansı norma nəzərdə tutulmayıb. Sadəcə, digər sahələrdə olduğu kimi, yol hərəkəti prosesində də qadın sürücülərə bəzi məqamlarda müəyyən güzəştlər edilməsi və ya onlara hansısa üstünlük verilməsi milli dəyərlərimizdən qaynaqlanır. Toxunduğumuz bu mövzuda məqsədimiz heç də qadın sürücülərə münasibətdə formalaşmış mövcud yanaşmanı müzakirə etmək deyil.
Təəssüf ki, aparılan təhlillər qadın sürücülər arasında qayda pozuntusuna meyilli şəxslərin az olmadığını göstərir. Elə özümüz də yollarda hərəkətdə olarkən bəzən sükan arxasında olduqlarını unudub güzgüyə baxa-baxa kosmetik vasitələrdən istifadə edən, saçını düzəldən, mobil telefona başı qarışan, yolun hərəkət hissəsinin sol zolağında aşağı sürətlə hərəkət edərək süni sıxlıq yaradan və başqa qayda pozuntularına yol verən qadın sürücülərin şahidi oluruq.
Statistik rəqəmlər də deyilənləri təsdiq edir. Məsələn, 2021-ci il ərzində yolda müəyyən edilmiş sürət həddini aşmağa görə xüsusi texniki vasitələrin köməyi ilə real vaxt rejimində 84 381 qadın sürücü barəsində elektron qərar çıxarılıb. Bundan başqa, təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etməyə görə 5 494, yolayrıcını keçmə qaydalarının pozulmasına görə 1 363, işıqforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə görə 1 257, ara məsafəsi qaydalarının pozulmasına görə 528, nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etməyə görə 383, nəqliyyat vasitəsinin hərəkəti zamanı telefonu əldə saxlamaqla ondan istifadə etməyə görə 192, nəqliyyat vasitəsinin sərxoş vəziyyətdə idarə edilməsinə görə 40 nəfər qadın sürücü barəsində inzibati tənbeh tədbirləri tətbiq edilib.
Təkcə ötən il ərzində qadın sürücülər tərəfindən törədilmiş ümumilikdə 28 yol-nəqliyyat hadisəsi qeydə alınıb ki, həmin qəzalarda 17 nəfər həyatını itirib, 18 nəfər isə yaralanıb. Ölümlə nəticələnən qəzalardan cəmi biri sürücülük təcrübəsi 10 ildən yuxarı olan qadın sürücü tərəfindən törədilmişdirsə, digər hadisələr sürücülük təcrübəsi 9 ilədək olan qadın sürücülərin təqsiri səbəbindən baş verib. Hər bir ailənin doğma üzvü, cəmiyyətin təkanverici qüvvəsi olan neçə-neçə qadının məsuliyyətə cəlb olunaraq ailəsindən, doğmalarından ayrı, bəzən hətta azyaşlı övladları ilə birlikdə məhkumluq həyatı yaşamasını təsəvvür etmək belə olduqca ağrılıdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Karapetyanların evlərində axtarış aparılır - YENİLƏNDİ
10:47 04.11.2026
Region
Qazaxda 15 yaşlı yeniyetmə həmkəndlisini bıçaqlayıb
10:21 04.11.2026
Hadisə
Obama Trampın partiyasının seçkidəki məğlubiyyətinə reaksiya verdi
10:19 04.11.2026
Gündəm
Tramp İrana yeni zərbələr endirmək planının olmadığını açıqlayıb
10:05 04.11.2026
Gündəm
CNN: Tramp seçkilərdə ən pis ssenarinin mümkünlüyünü etiraf edib
08:20 04.11.2026
Aktual
Böyrək xərçəngi yaradan – Hər gün yediyimiz 2 qida
07:17 04.11.2026
Sağlamlıq
"Sabah"ın baş məşqçisi "Vikinq"lə oyunöncəsi danışdı
06:44 04.11.2026
Futbol
Britaniya Avropa İttifaqı ilə yeni razılaşmaya hazırlaşır
06:17 04.11.2026
Dünya
Tramp demokratlara veto ilə hədə-qorxu gəldi
05:32 04.11.2026
Dünya
Billi Ayliş “Spotify”da rekord qırır
05:25 04.11.2026
Şou
Xırdalanda itkin düşən 12 yaşlı qız tapılıb - YENİLƏNİB
04:19 04.11.2026
Hadisə