Elan saytlarında dələduzluq: "Behi alandan sonra telefonu söndürürdüm"
08:51 18.12.2019
Cəmiyyət
864
Xəbər verdiyimiz kimi, bu gün Xızı Rayon Polis Şöbəsinin əməkdaşları avtomobil elanı saytlarında dələduzluq edən Bakı sakini, 21 yaşlı Rəsul Cəfərovu saxlayıb. Bununla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib.
Məlum olub ki, Rəsul Cəfərov avtomobil elanları saytlarında müxtəlif şəxslərə məxsus nəqliyyat vasitələrinin şəkillərini və məlumatlarını özünə məxsus nəqliyyat vasitəsi kimi təqdim edərək, həmin avtomobilləri bazar dəyərindən daha ucuz qiymətə satılması barədə elanlar yerləşdirib.
Daha sonra isə ona zəng edən alıcılarla satış qiyməti barədə razılığa gələn Rəsul Cəfərov, avtomobili almaq üçün beh göndərmələrini tələb edərək, onalara bank hesab nömrəsi də tədqim edib.
Rəsul Cəfərov alıcılar tərəfindən behi aldıqdan sonra zərərçəkmişlərin telefon zənglərinə cavab verməyərək onlarla əlaqəni kəsib və pullarını mənimsəyib:
“Zəng edənlərin hamısına deyirdim ki, maşını istəyən çoxdu, avtomobil də rayondadır. Almaq istəyirsənsə, beh göndər elanı silim, saxlayım maşını, gəl götür. Behi alandan sonra telefonu söndürüb, nömrəyə cavab vermirdim”.
Qeyd edək ki, R.Cəfərov Bakı Dövlət Universitetinin dördüncü kurs tələbəsidir. O, geologiya fakültəsində təhsil alır. Qiymətlərinin qeyri-qənaətbəxş olması səbəbindən kəsirləri yaranıb və hazırda dərslərdə iştirak etmir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır
19:06 08.11.2026
Ekologiya
Moskvada yeni dəb: Mənzil almadan bahalı evləri gəzməyə gedirlər
18:52 08.11.2026
Maraqlı
Arda Gülərə tərif yağışı: "“Real Madrid"in vitamin mənbəyidir!”
18:42 08.11.2026
Futbol
Ədliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
18:20 08.11.2026
Gündəm
Xankəndidən verilən Zəfər mesajı -TƏHLİL
18:07 08.11.2026
Aktual
Böyük Britaniya Kralı ilk dəfə Çinə səfər edə bilər
17:56 08.11.2026
Dünya
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya