Əllərində çiçəklər! - “Sevgililər günü”, yoxsa...! – “Sevmədən ölmək də bir şey deyil”
Yusif Nəzərli
12:07 14.02.2022
Cəmiyyət
830
14 fevralın “Sevgililər günü” kimi qeyd olunması Roma Katolik Kilsəsi dövrünə aiddir. Valentin adlı bir keşiş romalı əsgərlərin evlənməsinin yasaq olduğu dövrdə onların evlənmələrinə yardım edir. Buna görə 496-cı ilin14 fevralında Roma Papası Gelasius Valentinin edamına qərar verir. Digər tərəfdən,1381-ci il tarixli “Parlament of Foules” adlı kitaba görə,Fransa və İngiltərədə 14 fevral ənənəvi olaraq quşların cütləşmə günü sayılırdı.Tarixi səbəbi nə olursa olsun hazırda bu gün dünyanın bir çox yerində “Sevgililər günü” olaraq qeyd edilir. Azərbaycanda da uzun illər qeyd olunmasına baxmayaraq hələ də insanlar arasında 14 fevralla bağlı kifir ayrılığı mövcuddur.
Bu günlə bağlı fikirlərini Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Günay Nəriman, “Kulis.az”ın baş redaktoru, yazıçı, şair Ulucay Akif və jurnalist Aləmdə Nəsib “Sherg.az”la bölüşüblər.
G.Nəriman məhz bu gündə insanların bir-birinə qarşı olan sevgisinin daha artdığını düşünür:
“Bu baxımdan 14 fevralın ölkəmizdə də “Sevgililər günü” kimi qeyd olunması yaxşıdır. Amma mən istərdim ki,bizdə bu gün milli olaraq Fərizə və İlhamın toy günündə qeyd olunsun”.
U.Akif bildirib ki,hazırda dünya iri addımlarla sevgisizliyə doğru gedir:
“Bu, məni çox qorxudur. İndi adamlar sevgini smartfonlarının ekranlarında dəfn edir. İnsanlar sevmək yox, sevilmək istəyir. Sevgi haqqında bunlardan başqa deyə biləcəyim heç nə yoxdur”.
A.Nəsibin fikrincə, bu gündə "Sevginin günü olmaz" kimi bəhanələrlə könül sındırmaqdansa, qarşı tərəfə kiçik bir hədiyyə vermək, xoş bir sözlə söyləmək daha doğrudur:
“Səhər tezdən işə gələndə əlində gül, ürək formasında şarlarla hədiyyə aparan gəncləri görmüşəm, könlüm açılıb. Bu gün necə, niyə yaranıb fərqi yoxdur. Qoy sevdiyini ifadə etməyi unudan, buna utanan insanlar üçün bir bəhanə olsun. Bunun nəyi pisdir? Səmimi olaq.
Ümumilikdə hamımız sevilməyi, sevildiyini duymağı istəyir, bundan xoşlanırıq. Bu fani dünyada yaşamadan, yaşatmadan sevmədən ölmək də bir şey deyil.Yaşamağa zaman ayırmaq lazımdır”.
Qeyd edək ki,14 fevral sevgililər günü bəzi müsəlman ölkələrində Özbəkistan, Türkmənistan, Malayziya, İndoneziya, İran, Səudiyyə Ərəbistanı və Pakistanda qeyd olunmur.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
BMT Rusiya-Ukrayna danışıqları ilə bağlı səyləri dəstəkləyib
01:44 07.09.2026
Gündəm
İran Hörmüz boğazının tamamilə bağlandığını elan edib
01:21 07.09.2026
Region
Ukrayna çıxılmaz vəziyyətdədir - Saks
00:40 07.09.2026
Aktual
Zelenski yenidən Donbasdan imtina etməyəcəklərini açıqladı
23:37 06.09.2026
Aktual
"Amazon"un yük təyyarəsi qəzaya uğradı
23:15 06.09.2026
Dünya
Rusiyada 10 alpinist itkin düşdü
22:54 06.09.2026
Region
Şevçenko İrəvana gəldi, Simonyanın toyuna...
22:33 06.09.2026
Cənubi Qafqaz
Şəmkirdə evdə 35 yaşlı kişinin meyiti tapılıb
22:12 06.09.2026
Gündəm
Uitkoff: Tramp Ukrayna münaqişəsinin diplomatik həllinə çalışır
21:30 06.09.2026
Aktual
İsrail ordusu qəfil təlimlərə başladı
20:33 06.09.2026
Dünya
Göygöldə 50 yaşlı kişinin meyiti tapılıb
20:16 06.09.2026
Hadisə
ABŞ İranla yeni nüvə sazişi bağlamaya bilər
19:22 06.09.2026
Dünya
Rusiyadan Honq Konqa qızıl tədarükü rekord həddə çatıb
19:06 06.09.2026
İqtisadiyyat
Milli Məclisin sədri ABŞ-a işgüzar səfər edib
18:30 06.09.2026
Siyasət
İnfantino yenə prezident olmaq istəyir
18:12 06.09.2026
Futbol
Budanov: “Avropa üçlüyü”nün nümayəndələri Kiyevə gəlib
17:21 06.09.2026
Son dəqiqə