Gəncədə sahibsiz heyvanlar üçün sığınacaq tikilir
Yusif Nəzərli
19:25 05.02.2022
Cəmiyyət
722
Gəncə Şəhər İcra Hakimiyyəti, Gəncə İctimai İştirakçılıq Məclisi və Gəncə şəhər Kəpəz Bələdiyyəsinin birgə təşəbbüsü ilə sahibsiz küçə heyvanlarının yerləşdirilməsi üçün sığınacaq inşa edilir.
"Report"un Qərb bürosunun məlumatına görə, inşa işləri Gəncə Şəhər Mənzil Kommunal Təsərrüfatı İstahsalat Birliyinin Təmir-bərpa və tikinti şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilir.
İctimai əsaslarla fəaliyyət göstərəcək olan sığınacaqda ilkin olaraq 50 heyvanın yerləşdirilməsi üçün şərait yaradılacaq. Sığınacaqda heyvanların müəyyən edilmiş saatlarda qidalandırılması, baytar tərəfindən müayinə və müalicəsi, həmçinin peyvəndlənməsi təmin olunacaq.
Bir neçə həftədir davam edən tikinti-quraşdırma işlərinin qısa müddət ərzində yekunlaşdırılması planlaşdırılır. Gəncə-Samux yolu, Atabəylər prospektində yerləşən sığınacaq yaxın günlərdə fəaliyyətə başlayacaq
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat
NBC: Demokratlar Nümayəndələr Palatasında 258 yer qazana bilər
14:42 04.11.2026
Aktual
KTMT Ermənistanı təşkilatda səsvermə hüququndan məhrum edə bilər
14:21 04.11.2026
Region
Zelenski Melaniya Trampı təltif etdi
13:48 04.11.2026
Dünya
Tramp üçün "topal ördək" mərhələsi başlaya bilər -ŞƏRH
13:42 04.11.2026
Aktual
Sabaha olan hava proqnozu açıqlanıb
13:14 04.11.2026
Aktual