Həbs olunan müavinin bu gün ad günüdür: 2 tort sifariş edibmiş
18:09 20.12.2019
Cəmiyyət
604
Bu gün Ağstafa rayon icra hakimiyyətinin başçısı Nizaməddin Quliyevlə birgə həbs edilən onun 1-ci müavini Ramiz Tatarovun ad günü imiş. Lent.az xəbər verir ki, Tatarov 62 yaşını təntənəli sürətdə qeyd etməyə hazırlaşırmış.
Məlumata görə, o, bu gün üçün iki böyük tort sifariş edib. Birinin üstünə ad gününə işarə olaraq "62” yazılıb və 62 ədəd şam qoyulub, digərinin üstünə isə "Varlığın bizim üçün hədiyyədir” yazılıb. Xatırladaq ki, Ramiz Cahangir oğlu Tatarov 1957-ci ilin dekabrın 19-da Qazax rayonunun Aşağı Göycəli kəndində anadan olub. O, həbs edilənə qədər elə bu kənddə yaşayırdı. Məlumata görə, Tatarovun ad günü ilə bağlı böyük ziyafət də təşkil olunacaqmış. Artıq iki gün imiş ki, Ağstafa şəhərinin girəcəyində yerləşən və Tatarova məxsus "Samovar” restoranında ziyafət hazırlığı gedirmiş. Bu gün isə ora qapalı olub, işləməyib.
Onu da qeyd edək ki, hələ 5 il əvvəl Ağstafa Rayon İcra Hakimiyyəti başçısının birinci müavininə xəbərdarlıq edilib. Bu barədə Hesablama Palatasının 2014-cü il üzrə hesabatında da bildirilib.
Hesabata əsasən, Ağstafa Rayon İcra Hakimiyyəti tərəfindən auditin nəticəsi üzrə görülən işlər barədə Hesablama Palatasına daxil olan məlumatda dörd obyekt üzrə 10231,2 manat dəyərində inventar və avadanlıqların müvafiq podratçılar tərəfindən quraşdırıldığı, beş obyekt üzrə yerinə yetirilməyən 61724,4 manat məbləğində tikinti işlərinin dəyərinin dövlət büdcəsinə bərpası və 5127,1 manat dəyərində keyfiyyətsiz yerinə yetirilən işin yenidən işlənməsi bildirilib.
Hesabat sənədində nöqsanlara yol verən 3 nəfərə, o cümlədən rayon İH başçısının birinci müavininə (Ramiz Tatarov), 1 şöbə müdirinə və 1 mütəxəssisə xəbərdarlıq edildiyi qeyd olunub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır
19:06 08.11.2026
Ekologiya
Moskvada yeni dəb: Mənzil almadan bahalı evləri gəzməyə gedirlər
18:52 08.11.2026
Maraqlı
Arda Gülərə tərif yağışı: "“Real Madrid"in vitamin mənbəyidir!”
18:42 08.11.2026
Futbol
Ədliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
18:20 08.11.2026
Gündəm
Xankəndidən verilən Zəfər mesajı -TƏHLİL
18:07 08.11.2026
Aktual
Böyük Britaniya Kralı ilk dəfə Çinə səfər edə bilər
17:56 08.11.2026
Dünya
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya