İntizam komissiyasında Cavanşir Feyziyevin məsələsinə baxıla bilər
09:31 06.02.2022
Cəmiyyət
390
"Milli Məclisin İntizam komissiyasında deputat Cavanşir Feyziyevin məsələsinə baxıla bilər".
Bunu "Report"a açıqlamasında parlamentin İntizam komissiyasının sədr müavini Fəzail Ağamalı deyib.
Onun sözlərinə görə, deputat Cavanşir Feyziyev və jurnalistlər arasında bu cür münasibətlərin yaranması onda təəssüf doğurur: "Mən hansısa tərəfi günahlandırmaq və ya haqq qazandırmaq fikrində deyiləm. Həmkarımın Azərbaycanda kifayət qədər tanınan jurnalistlər barədə söylədiyi fikirlərini qəbul etmirəm. Onlar öz yollarını tutan, faktlara söykənərək baş vermiş hadisələri özlərinə məxsus şəkildə təqdim edən jurnalistlərdir. Onların əməllərində mən nə "xaricə işləmək" əməllərini qəbul edirəm, nə də onların kiməsə işləmədiyini qəbul edirəm. Çünki onlar belə jurnalistlər deyillər. Hesab edirəm ki, gərək belə vəziyyət yaranmayaydı. Hər iki tərəfə çağırış edirəm ki, lütfən dayanın. Bundan o tərəfə getməyə ehtiyac yoxdur".
Sədr müavini deputatın məsələsinə İntizam komissiyasında baxılacağı ilə bağlı suala cavab verməkdə çətinlik çəkdiyini deyib: "Bu məsələnin müzakirəyə çıxarılması üçün orada adıçəkilən jurnalistlər hansısa bir formada parlamentə müraciət etməlidirlər. Həmin müraciətdə təhqirlə bağlı hüquqi baxımdan yanaşmalar, əsaslandırmalar olmalıdır. Milli Məclisin rəhbərliyinin bu məsələyə hansı münasibət bəsləyəcəyi onun səlahiyyətinə aiddir. Əgər parlamentin rəhbərliyi tərəfindən məsələnin İntizam komissiyasında müzakirəsi məsləhət görülərsə, təbii ki, onda komissiya bu məsələyə baxa bilər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat
NBC: Demokratlar Nümayəndələr Palatasında 258 yer qazana bilər
14:42 04.11.2026
Aktual
KTMT Ermənistanı təşkilatda səsvermə hüququndan məhrum edə bilər
14:21 04.11.2026
Region
Zelenski Melaniya Trampı təltif etdi
13:48 04.11.2026
Dünya
Tramp üçün "topal ördək" mərhələsi başlaya bilər -ŞƏRH
13:42 04.11.2026
Aktual
Sabaha olan hava proqnozu açıqlanıb
13:14 04.11.2026
Aktual