Keçmiş rektorun həbsi tələb edildi
Yusif Nəzərli
10:18 14.02.2022
Cəmiyyət
737
Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilən Bakı Slavyan Universitetinin (BSU) əlavə və qiyabi təhsil şöbəsinin sabiq müdiri Dürdanə Əliyevanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
APA-nın məlumatına görə, bu gün hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən iclasda şahid qismində Yusif Babayev ifadə verib. Şahid, ifadəsində həyat yoldaşının BSU-da işə düzəlmək üçün Dürdanə Əliyevaya 10 min manat verdiyini, lakin işlə təmin edilmədiyini deyib:
“Eşitmişdim ki, universitetdə işə qəbul və digər məsələlərlə Dürdanə Əliyeva məşğul olur. Ona görə birbaşa özü ilə görüşdüm. Razılaşdıq ki, həyat yoldaşım Xarici Əlaqələr şöbəsində aparıcı mütəxəssis kimi çalışacaq. Bunun qarşılığında Dürdanə xanıma 10 min manat verdim. Sentyabr ayında dedilər ki, pandemiyaya görə yanvar ayından işə başlayacaq. Yanvar ayı da gəldi, yenə olmadı. Verdiyim pulu da geri ala bilmədim”.
Təqsirləndirilən Dürdanə Əliyeva şahidin ifadəsinə münasibət bildirmək istəməyib.
Prosesdə daha sonra ixtisasartırma üçün BSU-da təhsil almış Esmira Qurbanova və Rövşanə Abduləzimova ifadə verib. Şahidlər Dürdanə Əliyevaya verdikləri təhsil ödənişlərinin bir hissəsi hesaba oturmadığı üçün universitetə borclu qaldıqlarını bildiriblər.
Prosesdən sonra Dürdanə Əliyeva APA-ya açıqlamasında sözügedən əməli təkbaşına etmədiyini bildirərək, BSU-nun sabiq rektoru Nurlana Əliyevanın və həmin vaxt mühasib işləyən şəxsin də məsuliyyətə cəlb olunmasını tələb etdiyini deyib.
D.Əliyevə qeyd edib ki, Nurlana Əliyeva və mühasibin cinayət məsuliyyətinə cəlb olunması üçün dəfələrlə vəsatət qaldırıblar.
Qeyd edək ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Bakı Slavyan Universitetinin (BSU) əlavə və qiyabi təhsil şöbəsinin müdiri, dosent Dürdanə Əliyeva barəsində araşdırma aparılıb.
Dürdanə Əliyevanın qanunsuz əməlləri törətməsi barədə çoxsaylı şikayətlər araşdırılıb. Onun barəsində Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə), 32.4, 312.2 (rüşvət verməyə təhrik etmə), 311.1 (rüşvət alma) maddələri ilə cinayət işi başlanılıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Polis bir gündə 1 qumbaraatan və 5 tüfəng götürdü
11:07 04.11.2026
Hadisə
Karapetyanların evlərində axtarış aparılır - YENİLƏNDİ
10:47 04.11.2026
Region
Qazaxda 15 yaşlı yeniyetmə həmkəndlisini bıçaqlayıb
10:21 04.11.2026
Hadisə
Obama Trampın partiyasının seçkidəki məğlubiyyətinə reaksiya verdi
10:19 04.11.2026
Gündəm
Tramp İrana yeni zərbələr endirmək planının olmadığını açıqlayıb
10:05 04.11.2026
Gündəm
CNN: Tramp seçkilərdə ən pis ssenarinin mümkünlüyünü etiraf edib
08:20 04.11.2026
Aktual
Böyrək xərçəngi yaradan – Hər gün yediyimiz 2 qida
07:17 04.11.2026
Sağlamlıq
"Sabah"ın baş məşqçisi "Vikinq"lə oyunöncəsi danışdı
06:44 04.11.2026
Futbol
Britaniya Avropa İttifaqı ilə yeni razılaşmaya hazırlaşır
06:17 04.11.2026
Dünya
Tramp demokratlara veto ilə hədə-qorxu gəldi
05:32 04.11.2026
Dünya
Billi Ayliş “Spotify”da rekord qırır
05:25 04.11.2026
Şou