Metroda yoluxucu xəstəliklər yayılıb? - Qurum ittihamlarla razılaşmadı, həkim isə...
Turan
08:22 24.12.2019
Cəmiyyət
1120
Britaniyalı alimlər günümüzün aktual probleminə uyğun maraqlı araşdırmaya imza atıblar. Əcnəbi alimlər iddia edirlər ki, gündəlik ictimai nəqliyyatdan, xüsusən metrolardan istifadə edənlər daha çox qrip virusuna və digər infeksiyalara yoluxur, tez-tez xəstələnirlər. Elmi araşdırmanın nəticəsinə görə, mərkəzdən uzaqda yaşayan və metrostansiya ilə daha çox yol qət edən insanların səhhəti arasında ciddi fərq meydana çıxır.
Stansiyaları dəyişərək, bir qatardan digər qatara keçid edən sərnişinlər isə daha çox risk altında olurlar. Son dövrlər qrip virusunun kəskin yayıldığını və metrostansiyaların sərnişinləri olduqca sıx şəkildə daşımasını nəzərə alanlar Azərbaycanda da bu problemin olduğunu qabardırlar. Onların fikrincə, qrip virusunun və başqa yoluxucu xəstəliklərin sürətli yayıldığı məkanlardan ən birincisi metro və marşrut avtobuslarıdır. Çünki hər iki nəqliyyat vasitəsində sərnişinlər həddindən artıq çox olduğu üçün insanlar arasında qeyri-ixtiyari sıxlıq müşahidə olunur. Məlum iddianı dəyərləndirmək üçün həm metropoliten rəsmisinin, həm də tibbi ekspertin fikirlərini öyrəndik.
İddia ilə bağlı “Şərq”ə açıqlama verən “Bakı Metropoliteni” QSC mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib ki, metrostansiyalarda hansısa virusun yayılması ilə bağlı indiyə qədər heç bir məlumat yayılmayıb. Qurum rəsmisinin sözlərinə görə, bunun səbəbi odur ki, metropolitendə müntəzəm, planlı surətdə və profilaktik qaydada dezinfeksiya işləri həyata keçirilir:
“Metropoliten kütləvi-ictimai sərnişindaşıma nəqliyyat vasitəsidir. Burada sanitar-gigiyenik normalara xüsusi riayət olunmalıdır. Qatarlar gün ərzində texniki baxış və qulluq üçün depolara gedir. Həmin vaxt plandan asılı olmayaraq, qatarlara müəyyən olunmuş işçi qrupu tərəfindən baxış keçirilir. Salonlar avtomatlaşdırılmış qaydada yuyulur və təmizlənir. Sonra yenidən xəttə buraxılır. Stansiyalar da eyni qaydada daim sanitar nəzarət altındadır. Xadimələr stansiyanın girişindən, qapı-pəncərəsindən tutmuş platformaya, eskalatora qədər hər yeri xüsusi qaydada təmizləyirlər. Tunellərdə də xüsusi dezinfeksiya aparılır. Nəzərə almaq lazımdır ki, yerin altında müxtəlif həşəratlar, gəmiricilər ola bilər. Əminliklə deyirəm ki, dünyanın istənilən metropoliteni ilə müqayisədə Bakı metropoliteni ən nümunəvi yeraltı nəqliyyat vasitəsidir. Bəzi ölkələrin metropolitenlərində siçanlar görə bilərsiz. Belə hallar bizdə demək olar ki, mümkünsüzdür”.
Tibb elmləri doktoru, professor Adil Qeybulla isə “Şərq”ə bildirib ki, insanlar arasında yoluxucu xəstəliklərin yayılmasının əsas səbəbi sıxlıq və yaxın ünsiyyətdir:
“İnsanların təması nə qədər çox olursa, xəstəliklərə yoluxma riskləri də bir o qədər artır. Xüsusən, metrolarda, ictimai nəqliyyatlarda, ticarət mərkəzlərində, adamların kütləvi toplaşma yerlərində asqıran, öskürən adamlar xəstəliyin yayılmasına səbəb olurlar. Bu halda havaya çoxlu infeksiyalar yayılır və xırda molekulyar vəziyyətdə havadan asılı formada qalırlar. İnsanlar nəfəs alarkən infeksiyaları hava yolu ilə asanlıqla qəbul edirlər. Ələlxüsus, immun sistemi zəif olanlar tezliklə yoluxurlar. Ona görə də yaxşı olar ki, infeksiyaların yayıldığı dövrlərdə insanlar maskalardan istifadə etsinlər. Dövlətin müvafiq qurumları bununla bağlı vətəndaşları maarifləndirməli, izahat verməlidirlər. Ancaq bu işlər görülmür, hər şey başlı-başına buraxılıb”.
Həkim vurğulayıb ki, bir çox infeksiyaların Azərbaycanda yayılması ilə bağlı məlumatlar dolaşır: “İnsanlar ilk növbədə özlərini qorumalıdır. İctimai nəqliyyatdan sıx istifadə edənlər isə mütləq tibbi maskalardan istifadə etməlidir.
Bizdə ictimai nəqliyyatdan istifadənin hansı səviyyədə olduğu hamıya bəllidir. Həddən artıq sıxlıq olduğuna görə, vətəndaşların bir-birini yoluxdurması asan olur”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır
19:06 08.11.2026
Ekologiya
Moskvada yeni dəb: Mənzil almadan bahalı evləri gəzməyə gedirlər
18:52 08.11.2026
Maraqlı
Arda Gülərə tərif yağışı: "“Real Madrid"in vitamin mənbəyidir!”
18:42 08.11.2026
Futbol
Ədliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
18:20 08.11.2026
Gündəm
Xankəndidən verilən Zəfər mesajı -TƏHLİL
18:07 08.11.2026
Aktual
Böyük Britaniya Kralı ilk dəfə Çinə səfər edə bilər
17:56 08.11.2026
Dünya
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya